Modern.az

Sığorta yığımları artıb

Sığorta yığımları artıb

İqtisadiyyat

18 Avqust 2023, 18:07

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 338 milyon 307 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 220 milyon 980 min manat sığorta haqqı toplanılıb.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.9% və ya 89 milyon 292 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 16.5% və ya 31 milyon 285 min manat artıb.

 

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25.8% artaraq 166 milyon 259 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.9% artaraq 55 milyon 66 min manata bərabər olub.

 

Beləliklə, cari ilin yanvar-iyul aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 49.1 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 20.7 manata bərabər olub. Cari ilin yanvar-iyul aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24.9 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 28.8 manata bərabər idi.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...