Modern.az

Borcların bağlanması üzrə 8,5 milyon manatlıq icra təmin edilib 

Borcların bağlanması üzrə 8,5 milyon manatlıq icra təmin edilib 

İqtisadiyyat

Bu gün, 13:18

Debitor və kreditor və digər borcların bağlanması üçün 8,5 milyon manatlıq icra təmin edilib.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında" hesabatında öz əksini tapıb.

Debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.

2024-cü ilin İş Planına uyğun olaraq üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 15,4 mln. manat bərpa edilmiş, 2024-cü ildən əvvəlki illərin iş planları üzrə daha 6,7 min manatın 2 qurum tərəfindən müvafiq büdcələrə bərpası təmin olunub.

Sizə yeni x var
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?