Modern.az

Azərbaycan nefti yenidən bahalaşdı, 110 dolları keçdi

Azərbaycan nefti yenidən bahalaşdı, 110 dolları keçdi

İqtisadiyyat

21 Aprel 2026, 10:14

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,02 ABŞ dolları və ya 5,76% artaraq 110,51 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104,49 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?