Modern.az

Bağlanmış bankların əmlakları hərraca çıxarılır

Bağlanmış bankların əmlakları hərraca çıxarılır

İqtisadiyyat

Bu gün, 15:52

Aprelin 29-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Bank of Azerbaijan", "Dəmir Bank", mayın 13-də isə "AtaBank", "Dəmir Bank" və "AGBank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Bank of Azerbaijan"a məxsus Zərdab şəhəri, R.Kərimov küçəsindəki dəyəri 200 min manat olan 221,6 kv metrlik qeyri-yaşayış binasından, "Dəmir Bank"a məxsus Quba şəhəri, Heydər Əliyev prospekti, 150 ünvanındakı dəyəri 360 min manat olan 289,9 kv metrlik qeyri-yaşayış binasından, eləcə də Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2951-ci məhəllə, ev 2B ünvanındakı dəyəri 140 min manat olan 71,6 kv metrlik qeyri-yaşayış sahəsindən, "AtaBank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 365,5 min manat olan 314,7 kv metrlik qeyri-yaşayış binasından, həmçinin Göyçay şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsindəki dəyəri 420 min manat olan 324,8 kv metrlik qeyri-yaşayış binasından və Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,3 kv metrlik qeyri-yaşayış binasından, Sumqayıt şəhəri, 47-ci məhəllədəki dəyəri 55 min manat olan kv metrlik qeyri-yaşayış binasından gedir.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə