2027-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün dövlət büdcəsindən ümumilikdə 3 milyard 422 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Bu məbləğ büdcənin bütün xərc bölmələri üzrə həmin istiqamətə ayrılan vəsaiti əhatə edir.
Layihədə azad edilmiş ərazilərə köçürülmüş ailələrin kommunal xidmətlərdən istifadəsi, həmin ərazilərdəki işəgötürənlər və müəyyən kateqoriyadan olan podratçılar üzrə məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması üçün də 22 milyon manat nəzərdə tutulur.