2027-ci ildə dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 816,4 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Bu, 2026-cı illə müqayisədə 98,8 milyon manat və ya 1,1 faiz çoxdur. 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə artım 748,4 milyon manat təşkil edir.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanları və prokurorluğun saxlanılması xərclərinə ayrıca 3 milyard 438,6 milyon manat ayrılması proqnozlaşdırılır. Bu məbləğ cari illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz çoxdur.
Vəsait şəxsi heyətin komplektləşdirilməsi, maddi-texniki təminatın yaxşılaşdırılması və azad edilmiş ərazilərdə müvafiq xidmətlərin təşkili kimi istiqamətləri əhatə edir.