Modern.az

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

İqtisadiyyat

Bu gün, 09:32

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,43 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,43 ABŞ dolları və ya 5,55 % artaraq 122,32 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu