"Bank BTB"-dən ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb.
Modern.az xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Sədr eyni zamanda ötürülən aktivlərin əsas hissəsini kredit portfeli təşkil etdiyino də diqqətə çatıdırb.
“Portfelin böyük hissəsi kreditlərdən ibarətdir. Kredit portfelinin təxminən 70 faizi, yəni 80 milyon manatdan çox hissəsi ipoteka kreditlərinin payına düşür”.
A.İbrahimov onu əlavə edib ki, aktivlərin böyük bir hissəsinin ötürülməsi artıq yekunlaşsa da, müəyyən hissədə həlölik dövlət fondları ilə bağlı prosedurlardan irəli gələn gecikmələr nəzərə çarpır.
Qeyd edək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus olub.