Modern.az

Metropoliten sədri yeni stansiyanın tikintisindən danışdı

Metropoliten sədri yeni stansiyanın tikintisindən danışdı

İqtisadiyyat

13 May 2026, 01:03

"B-5 stansiyasının yerləşəcəyi ərazi geoloji baxımdan ciddi şəkildə təhlil olunub".

Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.  O, bildirib ki, B-5 stansiyası Bənövşəyi xəttin növbəti stansiyasıdır:

"Bənövşəyi xəttin çox böyük potensialı var - 7 vaqonluq qatarların hərəkəti üçün infrastruktur qurulub və şəhərə ən çox sərnişin daxil olan şimal hissədən mərkəzə istiqamətlənir. "Nizami" ətrafında xətlərarası dəyişməni təmin etmək üçün bu ərazi seçilib. Tikinti məsələsinə gəlincə, bəli, ərazinin geologiyası mürəkkəbdir, 60-70-ci illərdə tətbiq olunan kesson üsulu artıq yoxdur, hətta deyərdim ki, indi qadağandır. Müasir tikinti texnikası çox inkişaf edib. Stansiyanın yerləşdiyi ərazi ciddi şəkildə təhlil olunub - stansiya və tunel qrunt suları səviyyəsinin daha alt hissəsinə yerləşdiriləcək. Dünya təcrübəsində çayların və boğazların altından keçən tunellər mövcuddur: müasir tikinti texnologiyasında bunun çətinliyi yoxdur".

Sizə yeni x var
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır