Türkmənistan qazı Azərbaycan vasitəsilə Türkiyəyə və Avropaya ötürüləcək.
Modern.az xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 31-ci Bakı Enerji Forumunda bu barədə danışıb.
Nazir iki ölkənin enerji sahəsində dünyaya nümunə olduğunu qeyd edib və uzun müddətdir müzakirə edilən Türkmənistan qazının nəqli məsələsinə toxunub:
"Artıq Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə və Avropaya aparılmasının vaxtı çatıb. Bütün həmkarlarımız bu məsələ ilə çox yaxından maraqlanır. Elə bir vaxtdayıq ki, artıq hər kəs bu layihəyə 'bəli' deyəcək".
Töhfə Səməd