Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti azalıb.
Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,54 ABŞ dolları və ya 3,07 faiz enərək 80,06 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neftin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.