Modern.az

Dolların Türkiyədə “real” qiyməti AÇIQLANDI 

Dolların Türkiyədə “real” qiyməti AÇIQLANDI 

İqtisadiyyat

Bu gün, 12:53

Türkiyəli iqtisadçı Mahfi Eğilmez “Big Mac” indeksinə əsaslanaraq dolların alıcılıq qabiliyyəti paritetinə görə “real” məzənnəsinin təxminən 65 türk lirəsi olduğunu hesablayıb.

Modern.az xəbər verir ki, hazırda dolların bazar məzənnəsi təxminən 47,5 lirə təşkil edir.

Eğilmezin hesablamasına görə, 65 lirəlik “real” məzənnə ilə bazardakı 47,5 lirəlik məzənnə arasında 17,5 lirə fərq var. İqtisadçı bu fərqin məzənnəyə müdaxilənin miqyasını əks etdirdiyini bildirib.

“Big Mac” indeksi müxtəlif ölkələrdə eyni məhsulun qiymətindən istifadə etməklə valyutaların alıcılıq qabiliyyətini müqayisə edən göstəricidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...