Modern.az

Dövlət Neft Şirkətinin borcu 5 milyard 797 milyon manata çatıb

Dövlət Neft Şirkətinin borcu 5 milyard 797 milyon manata çatıb

İqtisadiyyat

7 İyul 2015, 21:16

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib.

Modern.az-ın məlumatına görə, bu haqda iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçı deyir ki, maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb.

”Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. Borcların struktur təhlili göstərir ki, 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub. Müqayisə üçün qeyd edək ki, 1 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikasının xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır. Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir”.

Modern.az 

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!