Arxiv
12 May 2016, 13:34 |
“Nemət Pənahlı və Rəhim Qazıyev xarici kəşfiyyata işləyən xəyanətkarlardı”

“O zaman bizim milli hakimiyyətin devrilməsində Qraçovla rus ordusunun böyük rolu oldu. Rəhim Qazıyev müdafiə naziri idi və istəsəydi, çox iş görə bilərdi. Amma görmədi. Həmin vaxt bizim keçmiş mili təhlükəsizlik nazirinin birinci müavininin əlində Rəhim Qazıyevin xəyanəti ilə bağlı çox ciddi faktlar var idi”.

Bu sözləri Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cəbhə hakimiyyəti dövründən danışarkən deyib.

Hafiz Hacıyev Nemət Pənahlının və Rəhim Qazıyevin AXC hökumətinin dağılmasında böyük rol oynadığını vurğulayıb.

O, hər iki şəxsi xəyanətkar adlandıraraq onları Rusiya kəşfiyyatna işləməkdə ittiham edib:

“Rəhim Qazıyevin Qraçovla telefon danışıqlarını bizim xüsusi xidmət orqanları ələ keçirmişdi. 1993-cü ildə Azərbaycan milli hakimiyyətinin devrilməsində Rəhim Qazıyevin və Nemət Pənahlının əvəzsiz və böyük rolu oldu.

Sürət Hüseynovu  Bakıya qızışdırıb gətirən Nemət Pənahlı və Rəhim Qazıyev oldu. Bu faktdır, biz bunu dana bilmərik. Əgər onlar ağılsız bir insan olan Sürət Hüseynovu qızışdırıb hakimiyyətin devrilməsi üçün Bakıya gətirməsəydilər və Qraçova kömək etməsəydilər, bu gün Dağlıq Qarabağ problemi olmazdı. Eyni zamanda Azərbaycanın 20 faiz torpaqları da işğal olunmazdı.

Nemət Pənahlı və Rəhim Qazıyev o zaman milli hakimiyyətin devrilməsində ən böyük xəyanətə imza atdılar. Zaman hamısını üzə çıxardı. Hər iki xəyanətkar cəzalarını aldılar.

Nemət Pənahlı xidmət etdiyi hakimiyyət tərəfindən həbsə atılaraq, ciddi cəzalandırıldı. Bu gün də həmin xəyanətkarlar milli qüvvələrin yenidən bir araya gəlməsinə imkan vermirlər.

Həmin iki xəyanətkar yenidən özlərini Azərbaycan xalqına sırımaq istəyirlər. Azərbaycan xalqı yaddaşsız xalq deyil və kimin kim olduğunu yaxşı bilir.

Nemət Pənahlı və Rəhim Qazıyev hər ikisi Rusiya kəşfiyyatına xidmət edirdilər. Rəhim Qazıyevin özü də bunu səmimi etiraf edib. Ola bilsin ki, indi bunu dana bilər. Amma bu faktdır. Nemət Pənahlı da hər zaman milli hakimiyyətimizin məhv olması üçün əlindən gələni etdi.

Mən Hafiz Hacıyev olaraq istəmirəm ki, həmin iki insanın xəyanəti yenidən baş qaldırsın. Onların yenidən Azərbaycanda dövlət çevrilişi etməsinə və hakimiyyətə gəlməsinə imkan verməyəcəm. Onların bu gün də Rusiya xüsusi xidmət orqanları və kəşfiyyatı ilə əlaqələri var”.

Hafiz Hacıyev Nemət Pənahlı və Rəhim Qazıyevin yenidən xəyanətkar addımlar atmasına yol verməyəcəyini vurğulayıb:

“Əgər Rəhim Qazıyev və Nemət Pənahlı yenidən qarışıqlıq salıb, nəsə etmək istəsələr, burunlarından vurub yerlərində otuzduracağam. Qraçovların tapşırıqlarnı yerinə yetirənlərin cəzasını mən özüm verərəm. Onsuz da Nemət Pənahlı və Rəhim Qazıyev bundan sonra heç nə edə bilməyəcəklər.

O zaman bu insanların xəyanəti haqqında elə şeylər var idi ki, tam açıq deyə bilmirdik. Çünki bir hissəmiz türməyə düşdük, bir hissəmiz isə ölkədən getdik. Gizli görüşlərdə, məclisdə onların xəyanətlərindən söz açırdıq.

Elçibəyi yıxmaq istəyən qüvvələr Sürət Hüseynovdan, Rəhim Qazıyevdən və Nemət Pənahlıdan məharətlə istifadə etdilər”.

Partiya sədri heç kimdən və xüsusən də Nemət Pənahlıdan və Rəhim Qazıyevdən qorxmadığını da söyləyib:

“Mən dediyim bu fikirlərə görə tam məsuliyyət daşıyıram. Mən Nemət Pənahlı və Rəhim Qazıyevdən qorxmuram. Hafiz Hacıyevə hələ heç kimim gücü çatmayıb. Onlar kimdir ki?..

Məni bu gün ermənilər də öldürmək istəyirlər. Mən İrəvandakı övladlarımıza xüsusi göstəriş vermişəm ki, tapşırıqlarımı gösləsinlər... Ona görə də Ermənistanda mənim başımı kəsməklə hədələyirlər. O cümlədən Azərbaycanın daxilində də belə adamlar var”.

Hafiz Hacıyev onu terrorçu adlandıran hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı haqqında da sərt danışıb:

“Dünən özünün hüquq müdafiəçisi adlandıran Mirvari Qəhrəmanlı məni terrorçu adlandırıb. Mirvari Qəhrəmanlının özü qoca bir erməni qadınıdır. Onun ermənilərlə qarışığı var. Düzdür, bizim Mirvari Qəhrəmanlı ilə salamımız var. Amma onun heç bir kəlməsinə də önəm vermirəm.

Rəhim Qazıyevlə də salamımız var. Amma nə Nemət Pənahlıdan və nə də Rəhim Qazıyevdən qorxuram. Mən qorxaq insan deyiləm, qorxaq insan olsaydım bu cür fikirləri açıq-aşkar deməzdim.

Kimsə məni öldürmək istəyirsə, Bakı şəhərində 7-ci mikrorayonda kirayədə yaşayıram, buyurub gəlsin. Mən ölümdən qorxmuram. Şərəflə ölmək yolunu seçmişəm. Kim istəsə, buyurub gəlsin, söhbətimizi edək”.

Ağa AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müavinət üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı -Sahil Babayev 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 Azərbaycanda işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Nazir 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Prezident sərəncam imzaladı - Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07 Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi” 7 Aprel 2020, 17:00 Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər” 7 Aprel 2020, 16:55 Postmodern DURUM   7 Aprel 2020, 16:43 Pensiya və bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək 7 Aprel 2020, 16:36 İcazəsiz quş ovlayan şəxs cəzalanıb 7 Aprel 2020, 16:30 Pərvin Kərimzadə: “34-cü əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir” 7 Aprel 2020, 16:23 Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi 7 Aprel 2020, 16:21 Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR 7 Aprel 2020, 16:15 Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatdı - daha 1 nəfər öldü 7 Aprel 2020, 16:11 “Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır” - Vitse-spiker 7 Aprel 2020, 16:05 Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu 7 Aprel 2020, 15:58 Covid-19 virusu və xərçəng xəstələri 7 Aprel 2020, 15:51 Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar” 7 Aprel 2020, 15:46 Qarabağda da koronavirus TAPILDI 7 Aprel 2020, 15:40 Emin Ağalarov biznesdəki çətinliklərdən DANIŞDI: “Gəlirimiz sıfıra düşüb, maaşları necə verək?” 7 Aprel 2020, 15:38 Bir gündə 142 - Çağrı Mərkəzinə rekord sayda müraciət olub 7 Aprel 2020, 15:32 Bakıda “8103” qısa nömrəsinə 90 dəfə SMS göndərən şəxs saxlanıldı - Foto 7 Aprel 2020, 15:26 “Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov 7 Aprel 2020, 15:20 Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI 7 Aprel 2020, 15:14 İsmayıllıda naməlum kişi meyiti tapıldı 7 Aprel 2020, 15:08 Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA 7 Aprel 2020, 15:02 Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ 7 Aprel 2020, 14:58 Vüqar İskəndərov: “Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir” 7 Aprel 2020, 14:53