Modern.az

Pulsuz metro da "Şamaxinka"dakı sıxlığın qarşısını ala bilmədi - GÖRÜNTÜ

Pulsuz metro da "Şamaxinka"dakı sıxlığın qarşısını ala bilmədi - GÖRÜNTÜ

Ölkə

Bu gün, 09:20

"Şamaxinka"da bu gün səhər saatlarında ciddi nəqliyyat və sərnişin sıxlığı yaranıb.

Sərnişinərin Modern.az-a verdiyi məlumata görə, ərazidə avtobusların hərəkəti çətinləşib. Dayanacaqlarda çoxsaylı sərnişin toplanıb, avtobuslar isə dolu vəziyyətdə gəldiyindən sərnişinlərin nəqliyyata minməsi çətinləşib.

Qeyd edək ki, Şamaxinkada sərnişin sıxlığının azaldılması məqsədilə Avtovağzal və Xocəsən metro stansiyalarında girişin pulsuz olması ilə bağlı tədbir görülüb. Bununla sərnişinlərin alternativ metro stansiyalarından istifadəyə yönləndirilməsi və "Şamaxinka"dakı yükün azaldılması hədəflənib.

Lakin bu gün müşahidə olunan vəziyyət göstərir ki, görülən tədbirlərə baxmayaraq, "Şamaxinka"da sərnişin sıxlığı problemi hələ də qalmaqdadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?