Belarus prezidenti Aleksandr Lukaşenkonun saatı xarici mətbuatın diqqətini çəkib.
Modern.az xəbər verir ki, bəzi görüntülər onun bahalı İsveçrə saatı taxması isə fərqli mənzərə ortaya qoyur.
“Teleqraf”ın yazdığına görə, Lukaşenkonun bəzi fotolarında sağ qolunda bahalı İsveçrə saatı görmək mümkündür. Söhbət 18 karat sarı qızıldan hazırlanmış korpusa malik Patek Philippe Calatrava 5120J modelindən gedir.
Saat xarici görünüşünə görə kifayət qədər sadədir. Siferblatda Roma rəqəmləri əks olunub, saniyə əqrəbi yoxdur, qayışı isə timsah dərisindən hazırlanıb.
Bununla belə, aksessuarın qiyməti o qədər də sadə deyil.
Patek Philippe İsveçrənin ən məşhur lüks saat markalarından biridir. Calatrava 5120J modeli hazırda kolleksiya saatı hesab olunur və onun bazar qiyməti təxminən 20 min avro ola bilər.
Bəs Lukaşenko saatı niyə sağ qoluna taxır?
Prezidentin sözlərinə görə, o, uşaq yaşlarında musiqi məktəbinə gedərkən bayan ifa edən zaman sol qolundakı saat çalğı zamanı ona mane olurmuş.
Bu səbəbdən saatı sağ qoluna taxmağa başlayıb və sonradan bu vərdiş onda qalıb.