Modern.az

Sabah Bakıda 33 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

25 İyun 2016, 12:52

İyunun 26-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az saytına verilən məlumata görə, Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. 

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

 

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,Bilgəh, Zağulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

 

Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir