Modern.az

Qanunlar.az saytının təqdimatı olub

Qanunlar.az saytının təqdimatı olub

27 Oktyabr 2009, 19:22

"Kaspi" qəzetinin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətəndaşların hüquqi biliklərinin artırılmasında KİV-in rolu" layihəsi çərçivəsində hazırlanmış qanunlar.az saytının təqdimatı keçirilib.

Layihə koordinatoru İlham Quliyev bildirib ki, layihənin əsas məqsədi vətəndaşların hüquqi biliklərinin artırılması, Milli Məclisdə qəbul edilən qanunlar barədə ictimaiyyətə ətraflı məlumatların verilməsidir. Artıq bu istiqamətdə işlərin reallaşdırılmasına başlanılıb. Bir müddət əvvəl fəaliyyətə başlayan yeni sayt da bu məqsədə xidmət edir.

Layihə koordinatorunun köməkçisi Sənan Nəcəfov  isə bildirib ki, yeni saytda Milli Məclisin yaxın keçmişdə qəbul etdiyi qanunlar, qanunlaya edilən önəmli əlavə və dəyişikliklər, bununla bağlı şərhlər və müsahibələr də yer alıb.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı