Modern.az

Azərbaycan nəqliyyatçıları Qazaxıstana səfər edəcəklər

Azərbaycan nəqliyyatçıları Qazaxıstana səfər edəcəklər

Təhsil

29 Oktyabr 2009, 11:45

Nəqliyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, 3-6 noyabr tarixlərində Qazaxıstanın Astana şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının 4-cü iclası, eyni zamanda dəmir yolu (3-cü iclas), avtomobil (3-cü iclas) və tranzit ticarəti (2-ci iclas) alt komitələrinin toplantıları keçiriləcək. Tədbirlərdə Nəqliyyat Nazirliyinin əməkdaşları da iştirak edəcəklər. Nəqliyyat sektoru və tranzit ticarəti mövzularında təşkil ediləcək müzakirələrdə nazirliyi Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin sektor müdiri Əli Qasımov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Taarif və Nəqliyyatservis xidmətinin rəisi Əmiraslan Əşrəfov və “Avtonəqliyyatservis” Departamentinin Baş nəqliyyat müfəttişliyi idarəsinin rəis müavini Yaqub Novruzəliyev təmsil edəcəklər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu