Modern.az

Doqquz ayda tikinti-quraşdırma işlərinə 3,7 milyard manat yatırılıb

Doqquz ayda tikinti-quraşdırma işlərinə 3,7 milyard manat yatırılıb

Ölkə

30 Oktyabr 2009, 17:11

2009-cu ilin doqquz ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 5.2 milyard manat investisiya yönəldilib, onun 71.6 faizi və ya 3.7 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitin 82.4 faizini və ya 4.3 milyard manatını daxili investisiyalar təşkil edib.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən keçən vaxt ərzində Bakı şəhərində Beynəlxalq Avtovağzal Kompleksi, Azərbaycan Tennis Akademiyası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Gədəbəy rayonunda Qızıl-mis emalı, Hacıqabul rayonunda kərpic zavodları, Quba rayonunda modul tipli “Şahdağ” Elektrik stansiyası, Bərdə rayonunda Avtovağzal binası, Naxçıvan şəhərində Avtovağzal kompleksi, “Gəmiqaya” mineral sular və Asfalt-Beton zavodları, Unlu qənnadı məmulatlar istehsalı sexi, Naxçıvan şəhərində və Şərur rayonunda meyvə tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Şərur rayonunda istixana kompleksi, Şəmkir və Şərur rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Quba və Bərdə rayonlarında Müalicə-Diaqnostika Mərkəzləri, Hacıqabul rayonunda Uşaq Tibb, Naxçıvan şəhərində Doğum və Şahmat Mərkəzləri, ölkənin müxtəlif bölgələrində 29.2 min nömrəlik avtomat telefon stansiyaları, ümumi sahəsi 837.5 min kvadrat metr olan yeni yaşayış evləri, 7978 şagird yerlik ümumtəhsil məktəbləri, 175 çarpayılıq xəstəxana, növbədə 240 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilib. Əsas kapitala yönəldilmiş sərmayənin 48.2 faizini müəssisə və təşkilatların vəsaitləri, 36.5 faizini büdcə vəsaitləri, 3.7 faizini əhalinin xüsusi vəsaiti və 11.6 faizini digər vəsaitlər təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir