Arxiv
30 Oktyabr 2009, 19:03 | MEDİA
Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd edib

Oktyabrın 3-da Mətbuat Şurasının təşəbbüsü ilə «Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qəbul olunmuş Mətbuat Nizamnaməsinin 90 illiyi ilə bağlı ölkənin bir sıra tədris müəssisələrindən geniş mərasimlərin keçirildiyini bildirib. Nizamnamədə əksini tapan prinsiplərlə bağlı məlumat verən Şura sədri sənədin müasir dövrümüz üçün də aktual səciyyə daşıdığını vurğulayıb.

BDU-nun jurnalistika fakultəsinin mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev AXC dövründə qəbul olunmuş sənədi mühüm tarixi zərurət kimi dəyərləndirib. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası daxilində baş verən ictimai-siyasi proseslər söz və mətbuat azadlığına da təsir göstərmişdi. Nəticə etibarilə 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu meyllər daha da güclənmişdi: «Amma bu o demək deyildi ki, Mətbuat Nizamnaməsi asanlıqla qəbul olunan sənəd idi. Hər fəslinin üzərində ciddi müzakirələr getmişdi. Nizamnamənin demokratik ab-havası dövrün ziyalılarının xarakterinə də təsir göstərmişdi».

BDU-nun jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışında diqqəti Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etdiyi 1991-ci ildə baş verən proseslərə yönəldib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan jurnalistləri məhz bu Nizamnaməyə güvəndilər və ona istinad etdilər. C.Məmmədli sənədin ən mühüm xüsusiyyətlərindən biri kimi orada senzuranın nəzərdə tutulmamasını vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Nizamnaməsinin KİV sahəsindəki mövcud qanunvericilik aktları üçün başlıca mənbə rolu oynadığını vurğulayıb. «Diqqət yetirsəniz, Mətbuat Şurasının Nizamnaməsinin, həmçinin ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müxtəlif prinsip və bəndlərində Xalq Cumhuriyyəti dövründə ərsəyə gəlmiş bu mühüm sənədə kifayət qədər istinad edilib», - deyə o bildirib.  B

DU-nun dosenti Nəsiman Yaqublu bildirib ki, Mətbuat Nizamnaməsinin meydana çıxması cumhuriyyət dövrü istiqlal bəyamnaməsinin 4-cü bəndindən irəli gəlib. Həmin vaxtadək görkəmli mütəfəkkirlərin çıxışlarında söz və mətbuat azadlığı ilə bağlı geniş məqamlar yer alıb. Sənəd məhz onların fikirlərinin məhsulu kimi böyük əhəmiyyətə malikdir. 

«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında həmin vaxtadək Şərqdə belə bir Nizamnamənin mövcud olmadığını deyib. Sənədin mütərəqqi xüsusiyyətlərindən söz açan baş redaktor onun yenidən çap edilməsi və yayılması təklifini irəli sürüb. 

«Xalq cəbhəsi» qezetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Nizamnaməsində əksini tapan məsələlərin sonradan qardaş Türkiyə Cumhuriyyətindəki analoji sənədlərdə də özünə geniş yer tapdığını vurğulayıb.  

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu və başqalarının fikirlərində Mətbuat Nizamnaməsinin müasir dövrümüzü üçün də aktual səciyyə daşıyan xüsusiyyətləri ətraflı təhlil olunub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ailəsi erməni roluna çəkilməsinin əleyhinə olub - Mənfi tiplərin klassik ifaçısı - MƏLİK DADAŞOV 7 İyun 2020, 09:40 Bakının yolları xüsusi kimyəvi maddələrlə yenidən yuyulacaq 7 İyun 2020, 09:31 Ermənistan təzə yalanının köhnə sirri - Qazaxdan bu ölkənin böyük bir hissəsinə nəzarət edilir 7 İyun 2020, 09:23 Bir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi 7 İyun 2020, 09:12 Koronavirusa yoluxmuş tibb bacısı müalicədən imtina etdi 7 İyun 2020, 09:05 Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib 7 İyun 2020, 08:59 Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10