Modern.az

5 zirehli maşın avtomobillə toqquşdu: 11 nəfər yaralandı

5 zirehli maşın avtomobillə toqquşdu: 11 nəfər yaralandı

4 Noyabr 2016, 15:30

Çexiyanın cənubundakı Tabor şəhərində 5 “Pandur” zirehli maşını minik avtomobili ilə toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 9 hərbçi və 2 mülki şəxs yaralanıb.

Toqquşmanın minik avtomobilinin sürücüsünün sürüşkən yolda qəflətən əyləci basması səbəbindən baş verdiyi bildirilib.

Çexiya milli silahlı qüvvələrinin baş qərargahının mətbuat katibi Yan Şults jurnalisatlərə deyib ki, BTR-lər avtomobilə yaxın məsafədə olduqlarından sürəti azalda bilməyiblər.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır