Arxiv
3 Noyabr 2009, 17:53 | MEDİA
Fond fərdi jurnalist müsabiqəsi elan etdi (elanın tam mətni)

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələri üzrə jurnalist yazılarının fərdi müsabiqəsini elan edib.

Müsabiqənin mövzuları konsepsiyada əks olunmuş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı kimidir: 

 

 

Dövlət dəstəyinin sahələri

 

Sahələr üzrə mövzular

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Vətəndaş cəmiyyəti quruculuğunda KİV-lərin rolu

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratikləşmə prosesinin mühüm şərtidir

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsində KİV-lərin maarifləndirici fəaliyyəti

İctimai və dövlət maraqlarının müdafiəsi

İnformasiya cəmiyyətinə keçid: şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyi məsələləri

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

1) Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq kontekstində

2) Dağlıq Qarabağ: yaddaşlarda qalan izlər

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan dünyanın və regionun geosiyasi mənzərəsində

7

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

Doğma yurda gedən yolda yeni qəsəbələr

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunmasında KİV-lərin rolu

9

Azərbaycançılıq ideyasının təbliği

Azərbaycançılıq ideyası milli həmrəyliyin təməl prinsipidir

10

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

İdmanın inkişafı - gənclərin fiziki və mənəvi kamilliyinə aparan yol

11 

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Dövlət proqramları regionların sosial-iqtisadi mənzərəsini dəyişir

12

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan məhsulu xarici bazarda

13

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Azərbaycanda informasiya texnologiyalarının inkişaf meylləri və elektron hökumət

14

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Mən Azərbaycanlıyam

15

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan - sivilizasiyaların qovuşduğu tolerant məkan

16

Ekologiya və ətraf mühitin mühafizəsi

Ekoloji tarazlığın qorunmasında ictimai nəzarət və məsuliyyət

17

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Azərbaycan ailəsi modeli milli və bəşəri dəyərlər kontekstində

18

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

2009-cu il "Uşaq ili"dir


Müsabiqəyə təqdim olunmuş yazılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

  • 1. İctimai maraqların müdafiəsi.
  • 2. Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti.
  • 3. Jurnalist peşəkarlığı, müasir jurnalistika texnologiyalarının tətbiqi.
  • 4. Materialların dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi.
  • 5. Mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma.

Hər mövzu üzrə 2 qalib müəyyənləşdiriləcək.

Hər qalibə 1000 manat məbləğində pul mükafatı veriləcək.

Qaliblər Fondun xüsusi diplomu ilə təltif olunacaqlar.

Yazılar və sənədlər 2009-cu il 5 noyabrdan 5 dekabradək Fondun ofisinə təqdim edilə bilər. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),  A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları Fonda təqdim olunmalıdır.

Nəticələr dekabrın 30-dək elan ediləcək.

Yazı təqdim edən şəxs haqqında məlumat:

1

Adı, soyadı, atasının adı

 

2

Mətbuatda təxəllüsü (əgər varsa)

 

3

İşlədiyi KİV (iş haqqında arayış əlavə olunur)

 

4

Təhsili (təhsil haqqında sənədin surəti əlavə olunur)

 

Şəxsi VÖEN (surəti əlavə olunur)

 

6

Bank rekvizitləri

 

Faktiki poçt ünvanı və indeksi

 

7.1

- iş telefonu

 

7.2

- ev telefonu

 

7.3 

- mobil telefonu

 

7.4

- elektron poçt ünvanı

 

8

 Əlavə etmək istədiyiniz məlumat

 

Şəxsin imzası                ________________

Sənədlərin təqdim olunma tarixi:   "____"__________ 2009-cu il

 

Qaydalar

1. Ümumi müddəalar

  • 1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda (bundan sonra - Konsepsiya) əks olunmuş prioritet sahələr üzrə fərdi jurnalist yazılarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra - Fond) tərəfindən mükafatlandırılması ilə bağlı məsələləri tənzimləyir.
  • 1.2. Müsabiqə Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda jurnalistlərin rolunun artırılmasını, dövlət və cəmiyyət üçün vacib məsələlərin həllində onların imkanlarından səmərəli istifadə edilməsini, habelə jurnalistlərin fərdi yaradıcılıq potensialının stimullaşdırılmasını, peşəkarlığının yüksəldilməsini, sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.
  • 1.3. Qaydalar Fondun Müşahidə Şurasının rəyi əsasında Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir.

 

  • 2. Müsabiqəyə təqdim ediləcək fərdi jurnalist yazılarına dair əsas sahələr

 

  • 2.1. Müsabiqəyə təqdim edilən fərdi jurnalist yazılarına dair dövlət dəstəyinin prioritet sahələri Konsepsiyada əks olunmuşdur.

 

  • 3. Müsabiqədə iştirak

 

  • 3.1. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən, materialları müntəzəm dərc edilən şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

  • 4. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

 

  • 4.1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.
  • 4.2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
  • 4.3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
  • 4.4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).
  • 4.5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
  • 4.6. Yazı və tələb olunan sənədlər Fonda şəxsən təqdim edilir.
  • 4.7. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda qəbul edilmir.
  • 4.8. Mövzulara ayrılan maliyyənin həcmi Fond tərəfindən müəyyənləşdirilir.
  • 4.9. Yazı Fondun ekspertləri tərəfindən qiymətləndirilir və nəticələr 2009-cu il dekabrın 30-dək elan edilir.

 

  • 5. Müsabiqənin keçirilməsi

 

  • 5.1. Sahələr üzrə mövzular, müsabiqənin şərtləri, tələb olunan sənədlər və onların təqdim olunma forması və vaxtı haqqında elan verilir.
  • 5.2. Yazıların və sənədlərin qəbulu, qeydiyyatı, qruplaşdırılması və kodlaşdırılması həyata keçirilir.
  • 5.3. Yazılar qiymətləndirilmək üçün ekspertlərə təqdim edilir.
  • 5.4. Yazıların qiymətləndirilməsi barədə ekspertlərin rəyləri ümumiləşdirilir.
  • 5.5. Nəticələri yüksək qiymətləndirilmiş yazılar Müşahidə Şurasının müvafiq rəyi ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir və müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42