Modern.az

Prezident Koreya səfirini qəbul edib

Prezident Koreya səfirini qəbul edib

3 Noyabr 2009, 19:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lü Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Lü Kvanq Çulun ölkəmizdəki səfirlik fəaliyyəti müddətini Azərbaycan ilə Koreya arasında əməkdaşlığın fəal dövrü kimi qiymətləndirən dövlətimizin başçısı səfirin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Azərbaycan ilə Koreya arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrimizin geniş perspektivlərə malik olduğunu deyib. Dövlət başçısı ötən dövrdə ölkələrimizin səfirliklərinin açılmasını münasibətlərimizin daha da möhkəmlənməsi işində önəmli rol oynadığını vurğulayıb. Gələcək fəaliyyətində səfirə müvəffəqiyyətlər arzulayan Prezident İlham Əliyev Azərbaycan-Koreya əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib. Diplomat Lü Kvanq Çul səfirliyin fəaliyyətinə göstərdiyi yüksək diqqətə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan ilə Koreya arasında yaxşı əlaqələr yaradıldığını, səfir kimi isə bu işdə səylərini əsirgəmədiyini deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi