Modern.az

Yaxın günlər yağışlı havalarla müşayiət olunacaq

Yaxın günlər yağışlı havalarla müşayiət olunacaq

10 Noyabr 2009, 12:33

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər yarımadanın bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-13, gündüz 13-15 dərəcə isti olacaq.
Noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin sürəti 7-12 m/s olacaq, gündüz arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.
Noyabrın 12-də hava şəraitinin buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin sürəti 8-13 m/s olacaq, arabir 16 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrinə gəldikdə, noyabrın 10-da əsasən şərq rayonlarında yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacaq.
Noyabrın 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman və zəif çiskin olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 3-5, gündüz 10-14 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, yaxın günlər Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub