Modern.az

Çin avtomobilləri Avropa bazarında rekord paya çatdı

Çin avtomobilləri Avropa bazarında rekord paya çatdı

Dünya

Bu gün, 17:06

Çin avtomobillərinin Avropa bazarındakı payı rekord həddə çatıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, may ayında Çin avtomobil markalarının Avropada yeni avtomobil satışlarındakı payı ilk dəfə 11 faizi ötüb.

Məlumata əsasən, satışların artımında əsas rolu hibrid və şarj edilə bilən hibrid (plug-in hybrid) avtomobillər oynayıb. Bildirilir ki, bu avtomobillər Çin istehsalı elektromobillərə qarşı Avropa İttifaqının tətbiq etdiyi əlavə gömrük rüsumlarına daxil edilmədiyi üçün daha rəqabətqabiliyyətli olub.

Ekspertlər hesab edirlər ki, Avropa alıcılarını Çin avtomobillərində daha çox münasib qiymət, zəngin təchizat və yüksək texniki göstəricilər cəlb edir.

Qeyd olunur ki, son aylarda BYD, MG, Omoda və Jaecoo kimi Çin markalarının satışları nəzərəçarpacaq dərəcədə artıb. Ən böyük artım isə Birləşmiş Krallıq, Almaniya, İtaliya və İspaniya bazarlarında qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada