Modern.az

Jurnalistlər üçün təlim kursları keçiriləcək

Jurnalistlər üçün təlim kursları keçiriləcək

11 Noyabr 2009, 17:07

Azərbaycan Mətbuat Şurası noyabrın 15-dən jurnalistlər üçün təlim kurslarına başlayacaq. Modern.az xəbər verir ki, Şuranın Prezident yanında Kütləvi İnofrmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili» layihəsi çərçivəsində baş tutacaq tədbir qurumun tərtib etdiyi tədris planı əsasında keçiriləcək.
Təlimlər medianın müxtəlif sahələrini əhatə etməklə özündə ümumilikdə on iki mövzunu birləşdirəcək. İştirakçılara KİV-hakimiyyət münasibətləri, KİV-in iqtisadi tənzimlənməsi, menecment və maketinq, diffamasiya, internet media, pablik rileyşnz, KİV və ekstremal şərait, KİV-də əqli mülkiyyət məsələləri, KİV-ə dövlət yardımı və s. məsələlərlə bağlı məruzələr oxunacaq, praktik situasiyalar ətrafında fikir mübadilələri aparılacaq. Kurslar tanınmış media ekspertləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən keçiriləcək.
Kurslar ayrı-ayrı qruplarda noyabrın 15-dən dekabrın 25-dək hər həftənin ilk iki günü olmaqla keçiriləcək. Müdavimlərə Şuranın müvafiq sertifikatları təqdim olunacaq.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır