Modern.az

Mənzildə 72 yaşlı kişi meyiti tapılıb

Mənzildə 72 yaşlı kişi meyiti tapılıb

28 Aprel 2017, 18:04

Paytaxtın Xətai rayonunda mənzildə 72 yaşlı kişi meyiti tapılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1945-ci il təvəllüdlü Mirheydər Ağarəsul oğlunun meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 16:31-də başa çatıb.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir