Arxiv
15 May 2017, 15:35 | QARABAĞ
Laçında qərargah rəisi olmuş keçmiş döyüşçü 25 il əvvəlin 15 mayından danışdı: "Çingiz Mustafayevə dedim ki, bacarırsan, get çək!"

Bir neçə gündən sonra  Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.

Modern.az saytının Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyevdir. Polkovnik-leytenant R.Nağıyev 1992-ci ildə 811 nomrəli hərbi hissənin alayında qərargah rəisi olub, atəşkəsə qədər ayrı-ayrı döyüş bölgələrində vuruşub.

O, 1992-cü ilin 15 mayını ürək ağrısı ilə xatırlayır...


Turşsudan qaçan qüvvələr...

-Mayın 15-i günü Laçında vəziyyət çox gərgin idi. Hətta, mayın 15-i bəlli idi ki, Turşsudan  hücum olacaq. Amma bu həqiqəti heç kəs görmək istəmirdi. Reyd dəstəsinin komandiri Xaqani Rüstəmov vardı. Onun texnikası vuruldu və özü şəhid oldu. O vaxt briqada komandiri Elbrus Orucov məhkəmə prosesində də qoşunlara əmr verdiyini etiraf etmişdi. Bir sözlə, ermənilərin heç bir hücumu olmadan hərbçilərimiz Turşsuyu tərk etmişdilər. Bununla da Turşsu döyüşsüz düşmənin əlinə keçdi.  May ayının 7-dən 18-nə qədər Laçın şəhəri və ətraf kəndlər ağır artilleriya hücumuna məruz qaldı. 15-i günü Laçında olan qüvvələr və Laçın alayının üzvləri rayonun 35 km-lik təmas xəttini müdafiə edirdi. Şuşanın işğalından sonra Turşsudakı qüvvələr, 777 saylı hərbi hissə, iki-üç reyd dəstəsi, OMON və polis dəstələri vardı. Onlar geri qayıtmaq əvəzinə, müxtəlif yollarla Qubadlı istiqamətində qaçmışdılar. Həmin vaxt çox yaxşı xatirimdədir. Qaçan qüvvələrin qarşısını kəsib dedik ki, qaçsanız, sizi güllələyəcəyik.
 

“Mütəllibovun qüvvələri niyə Laçına xəyanət etdi?!”


Rafiq Nağıyev deyir ki, eks-prezident Ayaz Mütəllibova tabe olan qüvvələri yaxşı silahlanmışdı.

-Əslində, vəziyyət başqa cür olub. Laçından qaçan ordu birləşmələrinin rəhbərləri demişdilər ki, “bizi bura Ayaz Mütəllibov göndərib. Mütəllibovu devirdilər, biz də Bakıya qayıdırıq”. Həmin qüvvələr Laçının müdafiəsi uğrunda bizə heç bir köməklik göstərmədilər. Xəbərdarlıq etmədən qəfil bizi tək qoyub arxamızdan geri çəkildilər. Xəbərdarlıq etsəydilər, müəyyən qüvvələrimizi təhlükəli  əraziyə yerləşdirə bilərdik. Onların qəfil geri çəkilməsi vəziyyəti kritik həddə çatdırdı. Qüvvələrimiz o boyda ərazini təkbaşına müdafiə etmək iqtidarında deyildi. Bizim qüvvələrin silahlanma məsələsi sıfır idi. Amma Turşsudan, Şuşadan çıxan qüvvələr BMP, BTR, tank əleyhinə ağır artilleriyaya sahib idilər. Özləri ilə birgə həmin hərbi texnikanı da aparmışdılar. Əminliklə deyə bilərəm ki, əgər o qüvvələr Turşsuyu tərk etməsəydilər, Laçın işğal oluna bilməzdi. Mayın 15-i, 16-sı, 17-si, 18-i Laçını müdafiə etmişik. Böyük itki versək də, Laçını qorumağa çalışmışıq.


General Şahin Musayevin laqeyd cavabı...

Müsahibimiz deyir ki, general Şahin Musayev Laçının işğalından sonra çıxıb getməyi məsləhət görüb.

 

“Şuşanın işğalı ərəfəsində baş qərargah rəisi, general Şahin Musayevlə bir neçə dəfə əlaqəmiz olmuşdu. Şuşanın işğalı dövründə  Şuşanın işğal olunacağını dedim. O da cavabında  “boş söhbətlərdi” söylədi. Hətta mayın 11-də Şuşanın işğal olunması barədə məlumat verərkən dedi ki, orda panika yaratma, yoxsa, səni güllələdəcəm. Mayın 18-də Laçının Güləbird kəndində Şahin Musayevlə yenə görüşdük. Dedik ki, vəziyyəti görürsünüz, laçınlılar nə etsinlər? O da belə cavab verdi: “Silahlarını təhvil verib, evlərinə getsinlər”.
Mən də dedim ki, Laçının bu qədər kəndi var. Biz onları müdafiə edirik. Laçın getsə, Qubadlı da gedəcək axı. Şahin Musayevin isə cavabı qısa və konkret oldu. “Erməniyə koridor lazım idi, onu da açdılar. Çıxın gedin!”.

Laçın alayının ləğvi... Rəhim Qazıyev nəyə qol çəkmişdi?!

Keçmiş döyüşçü deyir ki, Laçın rayonunun işğalı aprel ayında da gerçəkləşə bilərdi.


“Aprelin 30-da Laçın alayı ləğv olunmuşdu. Alayın ləğv olunmasına o zamankı müdafiə naziri Rəhim Qazıyev gözüyumulu qol çəkmişdi. Laçın alayı hüquqi olaraq ləğv olunsa da, biz onu qoruyurduq. Sonrakı məhkəmə prosesində də  Rəhim Qazıyev  Şahin Musayevin alayın ləğvi ilə bağlı işində iştirak etdiyini etiraf etmişdi. Yadımdadır ki, Şahin Musayev bizə deyirdi ki,  silahları təhvil verib evinizə gedin. Amma biz silahları təhvil vermədik. Silahları təhvil verib getsəydik, Laçının işğalı aprel ayında gerçəkləşəcəkdi”.

“Çingiz Mustafayev Laçında döyüş lentə almayıb”

Müsahibimiz deyir ki, indiki vaxtda o dövrü analiz etmək asandır.

“Bu gün 1992-ci ildə baş verənləri analiz etmək asan gəlir. Laçından qaçan qüvvələr yaxşı silahlanmışdı. Amma onlara deyə bilməzdik ki, silahları bizə verin və gedin. O vaxt silahı əlində olan şəxs deyirdi ki, bunu öz adıma almışam, heç kimə verə bilmərəm. Ona görə də onları tərk-silah etmiş olsaydıq, özümüz özümüzə qarşı atəş açmış olardıq.
Digər bir məsələ isə Laçının işğalı ərəfəsində Çingiz Mustafayevlə görüşməyimizdir. Mayın 15-dən 16-na keçən gecə Çingiz mənim yanımda idi. Dedi ki, ona bir az qüvvə qoşaq ki, döyüş aparsınlar, o da  çəkiliş edib, Bakıya qayıtsın. Ona dedim ki, çəkmək istəyirsənsə sərhəd bölgəsində döyüş gedir, get çək.
Çingizin kadrlarında belə bir epizod var. Deyir ki, “bu gün ayın 16-sıdır. Laçının müdafiəsi uğrunda heç bir döyüş getməyib”. Bunlar yalan məlumatlardır. Mayın 15-i, 16-sı, 17-si Laçın uğrunda döyüş gedib. Sadəcə, Çingizgil çəkiliş üçün orada saxta döyüş təşkil etmişdilər. Qradın atəş məsafəsi 17-18 km-dir. Avtomatın da atəş məsafəsi 800, nişan məsafəsi 1000 metrdir. Deməli bir istiqamətə həm avtomat atır, həm də Qrad. Laçınlılar da bilir ki, çəkiliş gedən yer ermənilərin olmadığı yerlərdir. Çingiz Mustafayev Laçında heç bir döyüş əməliyyatını çəkməyib. Onu da deyim ki, həmin vaxt Çingizi Şakir Eminbəyli çəkirdi”.

 

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO  30 Oktyabr 2020, 09:25 Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək?.. 30 Oktyabr 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23