Modern.az

Parlamentdə "Diffamasiya haqqında" qanun layihəsinin muzakirələrinə başlanılacaq

Parlamentdə "Diffamasiya haqqında" qanun layihəsinin muzakirələrinə başlanılacaq

12 Noyabr 2009, 11:22

Gələn həftə Milli Məclisin mədəniyyət komitəsində  "Diffamasiya haqqında" qanun layihəsinin muzakirələri baslaya bilər. Bu barədə Modern.az-a parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. N.Cəfərovun sozlərinə gorə, Mədəniyyət komitəsinə iki "Diffamasiya haqqında" qanun layihəsi təqdim olunub. “Bu layihələrlə bağlı müzakirələr aparıb mükəmməl bir sənəd hazırlamaq olar"-deyə o, bildirib. Komitə sədrinin sözlərinə görə, məsələ ilə bağlı təkcə komitə səviyyəsində aparılan müzakirələrlə kifayətlənmək olmaz: "Məncə, ictimai səviyyədə də daha ətraflı müzakirələrə ehtiyac var. Layihənin parlamentdə qəbulundan sonra burada nəzərdə tutulan müddəaların həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi əsas şərtlərdən biridir".

N.Cəfərov deyib ki, ətraflı müzakirələrdən sonra Mədəniyyət komitəsinin diffamasiya ilə bağlı üçüncü bir layihə hazırlayacağı da istisna olunmur. O, komitədə müzakirələrə layihələri hazırlayan və bu qanunun qəbulunda maraqlı olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət olunacağını bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər