Arxiv
5 Oktyabr 2017, 12:41 | AKTUAL
Şahbaz Quliyevin vəziyyəti daha da ağırlaşıb – onu Yerevanda pakistanlı həkim müalicə edir  

 

3 ildən çoxdur ki, erməni girovluğunda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev gün keçdikcə bizdən bir addım uzaqlaşır. Həmvətənlərimiz bizdən uzaqlaşdıqca vətən torpağına daha da yaxınlaşırlar... Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ayda bir dəfə onlara baş çəkməsi də nəyisə dəyişmir.

 

Şahbaz Quliyev ailəsinə ünvanlandığı sonuncu məktubunda vəsiyyətini də edib. Bu barədə Modern.az-a girovun qardaşı İlham Quliyev danışıb.

“Məktubunda yazıb ki, xəstədir. Ermənilər guya onu müalicə edirlər. Qardaşım yemək yeyə bilmir. 1 aydır Yerevandadır. Deyir “yesəm də ağrıyıram, yeməsəm də”. Onu müalicə edən pakistanlı həkim vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Amma mən bunlara inanmıram”.

 

İ.Quliyev fikrini belə əsaslandırıb:

 

“Vəziyyəti yaxşı olsaydı, onu xəstəxanda saxlamazdılar. Bilirəm ki, vəziyyəti yaxşı deyil. Bu dəfə sadəcə məktub göndərib, videomüraciət də yoxdur ki, heç olmasa üzünü görək”.

 

Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə sonuncu dəfə sentyabrda baş çəkilib:

 

“Sadəcə olaraq saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız ailəsinə və əlaqədar təşkilatlara çatdırılır. Bu, ictimaiyyətə açıqlanmır”.

 

İ.Hüseynovanın “Dağlıq Qarabağda saxlanılan şəxslərə xəstəxanada baş çəkilib yoxsa Şuşa həbsxanasında” sualına cavabı belə olub:

 

“Saxlanma yerindən asılı olmayaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi onlara baş çəkib və mandatına uyğun olaraq da baş çəkməkdə davam edəcək”.

 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:22 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04