Modern.az

Bakıda yük maşını ana və iki uşağını VURDU: sürücü hadisə yerindən qaçdı

Bakıda yük maşını ana və iki uşağını VURDU: sürücü hadisə yerindən qaçdı

Aktual

7 Mart 2018, 11:08

Bakıda ana və iki uşağını maşın vurub.

 

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.

 

A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi