Modern.az

Gəncədə “8 mart konserti” təşkil olunub

Gəncədə “8 mart konserti” təşkil olunub

Aktual

9 Mart 2018, 11:33

“8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə və “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bayram tədbiri Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirak ediblər.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 mart “ Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları təbrik edib. Qadınlara can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda fədəkarcasına çalışırlar. Vurğulayıb ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

 

Çıxışlardan sonra Gəncə şəhərinin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərəyzadə kimi görkəmli bəstəkarların əsərləri, eləcə də xalq mahnıları və təsniflər səsləndirilib.

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Orkestri, Göygöl mahnı və rəqs ansambılı və “Xəmsə” ansamblı tərəfindən səsləndirilən musiqi əsərlərini Xalq Artistləri Samir Cəfərov və Şahnaz Haşımova, Əməkdar artist Mehparə Cəfərova, eləcə də bir çox müsabiqələrin qalibləri olmuş müğənnilər ifa ediblər.

 

Qeyd edək ki, Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının çərçivəsində 8-9 mart tarixlərində Gəncə şəhərində simpozium keçirilir. İştirakçılar həmçinin Gəncə şəhərinin gəzməli-görməli yerləri ilə tanış olub, xoş təssüratlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi