Modern.az

DAK-da qalmaqal böyüyür: Dünya Azərbaycanlılarına yeni müraciət yayıldı

DAK-da qalmaqal böyüyür: Dünya Azərbaycanlılarına yeni müraciət yayıldı

1 Avqust 2011, 18:01

Dünya Azərbaycanlıları Konqresi (DAK) ətrafında yaşanan qalmaqal böyüməkdədir. Bu gün DAK-n qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri adından dünya azərbaycanlılarına müraciət yayılıb. Modern.az saytına 14 nəfərin adından daxil olan müraciətdə qeyd edilib:

Dəyərli Dünya Azərbaycanlıları!
Bildiyiniz kimi Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə Amerikanın Los-Angels şəhərində yaranmışdır. DAK-ın yaranma məqsədi dünyada yaşayan Azərbaycanlıların ilk beynəlxalq  birliyini yaratmaqla, Azərbaycanlıların təşkilatlanaraq bir araya gəlməsi, Azərbaycanın ümummilli problemlərinin  müzakirə olunması, milli fəalların,aydınların,gənclərin diaspora və lobbiçilik işinə cəlb edilməsi,dövlət və dövlətçiliyimizin qorunması və inkişafı istiqamətində daha geniş masştabda fəaliyyətlərin aparılması idi. Beləliklə əsas məqsəd Azərbaycanın ümummilli problemlərini beynəlxalq təşkilatlar,diplomatik korpuslar,nüfuzlu dövlətlərin parlamentlərində və s qaldırılması , Azərbaycanın  haqq səsinin dünyaya çatdırılması idi.Yenicə yaranmış və tarixdə ikinci dəfə  müstəqilliyini qazanan Azərbaycan dövlətinin mahiyyətini və dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının öz tarixi ərazilərində müxtəlif  status kvoda  hələdə olduğunu ,bir müstəqil beynəlxalq  təşkilat olaraq dünya xalqlarına həqiqətlərin çatdırılması məqsədi daşıyır.

Azərbaycan  öz dövlət müstəqilliyini əldə edəndən sonra digər Azərbaycanın tarixi ərazilərində Qarabağda,Güney Azərbaycanda,Borçalıda,Dərbəndə,Qərbi Azərbaycanda,Zəngəzurda  və Azərbaycandan kənarda  azərbaycanlıların hüquq və azadlıqlarının qoruması,bu ərazilərdə azərbaycanlıların dilinin,tarixi abidələrinin,bütövlükdə mədəniyyətinin qorunması istiqamətində və.s fəaliyyətlərin aparılmasıdır.
      
Dəyərli Dünya Azərbaycanlıları!
Bildiyiniz kimi DAK bir neçə ildir öz şəxsi ambissiyalarını həyata keçirmək istəyən bir neçə şəxslər tərəfindən iki yerə parçalanmışdır. DAK-ın parçalanmasında xidmətləri  olan şəxslərin həm təşkilatın daxilində  həm də  digər fəaliyyətləri müzakirə olunduqda bir həqiqət ortaya çıxmışdır ki, bu şəxslər DAK-ı bölmək və parçalamaqla,zəiflətməklə  yalnız öz şəxsi ambissiyalarını həyata keçirmək istəyirmişlər.DAK-nın  sıralarının günü-gündən azalması, milli şəxsiyyətlərin məqsədli şəkildə dışlanması, təşkilatın nizamnamə və məramnaməsinə deyil, yalnız bir neçə şəxsin  maraqlarına uyğun idarə edilməsi,ədalətsizliklərin baş alıb getməsi. Təşkilatın günü-gündən məqsədli şəkildə zəiflədilməsinə,nüfuzunun aşağı salınmasına və etibarının itirilməsinə gətirib çıxarmışdır.

Dəyərli Dünya Azərbaycanlıları !
Bizlər iki hissəyə bölünmüş və  hər iki DAK-ın qurultayında İdarə Heyətinə seçilmiş üzvlər olaraq belə bir qərara gəldik ki,milli bir təşkilatın DAK-ın bölünmüş qanadlarında fəaliyyət göstərməmiz Azərbaycan xalqı qarşısında , DAK-ın üzvlərinin çiyinlərində tarixi bir nöqsandır və bu tarixi nöqsanı aradan qaldırmaq üçün butun şəxsi ambissiyaları kənara qoyaraq DAK-ın birlik və bərabərliyi üçün hər iki tərəfin İdarə Heyətinin qərarı ilə DAK-ın birləşmə qurultayına getməsi üçün qərar aldıq.Ona görədə hər iki tərəfdən 7 nəfər olmaqla 14 nəfər İdarə Heyəti üzvlərindən qurultaya hazırlıq Təşkilat Komitəsinə üzv seçildi. Bununlada hər iki tərəfdən  Qurultaya qədər bütün səlahiyyətlər təşkilat komitəsinə verildi.

Doğrudur bu qərarımız DAK-ın parçalanması və zəiflədilməsi istiqamətində təşkilatımızın mahiyyətinə  və hədəfinə uyğun olmayan ,enerjisini daxili çəkişmələrə yönləndirilməsi istiqamətində fəaliyyət göstərən,hələdə şəxsi ambissiyalarından  əl çəkməyən bəzi DAK üzvlərinin narahatlılığına  səbəb olsada, hər iki DAK-ın İdarə Heyəti olaraq qərara gəldik ki bu tarixi nöqsanımızı gecdə olsa ortadan qaldıraq və belə bir ləkəni gələcək nəsillərimizə saxlamayaq. DAK-da baş verən neqativ hadisələrdən dolayı DAK-ın sıralarından ayrılan dəyərli aydınlarımız,ictimai siyasi xadimlərimiz,millət vəkillərimiz,QHT təmsilçiləri və gənclərimiz DAK-dan incik düşmüş və konqresin fəaliyyətindən kənarda qalmışdır.Biz inanırıqki DAK-ın Birlik Qurultayına dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Azərbaycan sevərlər dünya çapında tanınmış görkəmli şəxsiyyətlərimiz,diaspora və lobbi işində çalışan Azərbaycan sevənlərimiz və təşkilatlarımız dəstək verəcəklər. İnanırıq ki, bundan sonra DAK bir neçə şəxsin istəklərinə deyil,dünyada yaşayan 50 milyonluq Azərbaycanımızın maraqlarına uyğun  fəaliyyət göstərəcəkdir.

Dəyərli Dünya Azərbaycanlıları !
Azərbaycanımız üçün çox önəmli bir tarixi şərait yetişmişdir. Əgər bir olsaq müstəqil Azərbaycan Dövlətini göz bəbəyimiz kimi qorumaq və inkişafina nail olmaqla  yanaşı,Azərbaycanın tarixi ərazilərində və dünyada   yaşayan digər soydaşlarımızın hüquq və azadlıqlarını Beynəlxalq Hüquqa söykənərək qorumaqla, Azərbaycanlılara qarşı edilmiş tarixi ədalətsizliyin ortadan qaldırılması istiqamətində fikirdə və işdə birliyimiz əas prioritet olmaqla milli hədəfimiz olan O böyük  tarixi hadisəni xalqımıza ərmağan edə bilərik.Vətənimizi Bütövləşdirib Qüdrətli Azərbaycanımıza sahib çıxa bilərik.

Dəyərli dünya Azərbaycanlıları!
İnanırıq ki,Azərbaycanın ilk beynəlxalq təşkilatı olan DAK-ın  bütöv və qüdrətli olması üçün dəstək verəcəksiniz.Öncədən təşəkkür edirik.

Hörmətlə Birlik Qurultayına hazırlıq Təşkilat Komitəsinin üzvləri:

1. Ağalar Bayramov      (Azərbaycan)
2. Baba Tağıyev            (Azərbaycan)
3. Bəhruz Həqqi            (Almaniya)
4. Əhməd Obalı             (Amerika ABŞ)
5. Fərəməz Quluzadə     (Almaniya)
6. Hüseyn Vüsuqi          (Almaniya)
7. Məzahir Həsənov       (Rusiya,Sankt Peterburq)
8. Mirəşrəf Fətiyev         (Rusiya)
9. Oktay Hüseynov        (Rusiya)
10. Paşa Qəlbinur           (Azərbaycan)
11. Səftər Rəhimli          (Azərbaycan)
12. Tofiq Məlikov          (Moskva)
13. Vaqif Sultanlı           (Azərbaycan)
14. Yəhya Əliyev           (Orta Asiya)

Qeyd edək ki, iyulun 19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyəti adından qurumun Nizamnaməsinin 5.1/5.3/5.4. maddələrini əsas tutaraq növbədənkanar toplantı keçirildiyi bildirilib.
Orada DAK həmsədrləri Sabir Rüstəmxanlının, Frudun Pərvizniyanın və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin fəaliyyətləri qanunsuz sayılıb, adları çəkilən şəxslər DAK Həmsədrliyindən azad olunublar. Eini zamanda Əjdər Tağızadə DAK Daimi Şurasının sədrliyindən azad edilib.

S.Rüstəmxanlı isə qarşı tərəfin yalan məlumat yaydığını, və DAK həmsədri olaraq qaldığını bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?