Modern.az

"TOPLUM”da... “Qadını insan saymaq olarmı?”, “O əjdahadan hər yerdə var”...

"TOPLUM”da... “Qadını insan saymaq olarmı?”,   “O əjdahadan hər yerdə var”...

Media

2 Avqust 2011, 10:07

“TOPLUM” vətəndaş cəmiyyəti jurnalının növbəti sayı (Yay, 2011) işıq üzü görüb. Avropa Komissiyasının layihəsi çərçivəsində “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin nəşr etdiyi jurnalın bu sayının aparıcı mövzusu toplaşma, birləşmə, ifadə azadlığı, həmçinin qadın, mülkiyyət və s. haqlar kimi fundamental insan hüquqlarıdır.

Modern.az-ın xəbərinə görə, “Aktual” rubrikasında baş yazı yerinə Vaşinqtonda yaşayan politoloq Qorxmaz Əsgərovun “Toplaşma azadlığı: veriləndə sonuncu, alınanda birinci azadlıq” məqaləsi dərc edilib. Filosoflar Ağalar Məmmədovun “Qərb sivilizasiyasının humanizm manifesti”, Orxan Mehdizadənin “Görünməyən atomun görünən cismə çevrilməsi”,  Alov Eyvazovanın “Qadını insan saymaq olarmı?” yazılarında insan hüquqlarının alt qatına nüfuz edilib.

“Müsahibə” rubrikasında məşhur kinodramaturq Rüstəm İbrahimbəyovla “Sistem yeni mərhələyə qədəm qoyur” adlı geniş müsahibə yer alıb. QHT Şurasının sədri Azay Quliyev jurnalın suallarını “Bugünkü vəziyyəti “aclıq illəri” adlandıranlar yanılırlar” müsahibəsində cavablandırıb.

Jurnalda həmçinin Rafiq Turabxanoğlunun “Məhbəs xatirələri”, Məmməd Süleymanovun “Virtual aləm real aləmə qarşı”, Zamin Hacının “O əjdahadan hər yerdə var...”, Mehriban Vəzirin “Həmidə xanımla Mircəfərin əhvalatı”, Rəşad Şirinovun “Ermənistanın nüvə asılılığı”,  Şəfa Camalzadənin “Zorakı köçürmənin qanunsuz əsasları, Fərəh Sabirqızının “QHT-lərin aclıq dövrü” məqalələri işıq üzü görüb.

Müxtəlif QHT-lərin “Qeyri-hökumətin hökumət problemləri”, Birləşdirici qanunun ayırıcı təfərrüatları”, “Qaçqın muzeylərimiz, “Dağıdılan İçəri Şəhər – pozulan mədəniyyət hüququmuz” adlı araşdırmaları dərc edilib.

Jurnala abunə olmaq və ya əldə etmək üçün “Demokratiyanı Öyrənmə” İctimai Birliyinə müraciət etmək olar. Telefon: 012 4401767.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı