Arxiv
26 May 2018, 11:11 | HADİSƏ
Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Artıq dondurma mövsümü başlayıb. Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Azərbaycanda yerli istehsalla yanaşı, digər ölkələrdən gətirilən dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az saytına  deyib ki, dondurma alarkən onun miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir:

“Hələ ki dondurma sahəsi ilə bağlı istehlakçılardan hər hansı şikayət daxil olmayıb.  Amma güman edirəm ki, hər il olduğu kimi, bir müddətdən sonra  müraciətlər olacaq. Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə müəyyən işlər aparacağına ümid edirik.Azərbaycanda 30-a qədər dondurma istehsalçısı var. O cümlədən  xarici ölkələrdən də Azərbaycana dondurmalar gətirilir.

 

Hamı bilməlidir ki, dondurma süd məhsuludur. Və onun hazırlamasında  yalnız kərə yağından istifadə olunmalıdır. Dondurma yedikdə boğazda acılıq hiss olursa, bu o deməkdir ki, duru kərə yağı əvəzinə, bitki yağlarından, marqarindən istifadə olunub. Dondurmanın qabı əzilibsə, bu o deməkdir ki, o, istilik temperaturuna məruz qalıb və  sonradan dondurulub. Bu artıq təhlükəli dondurmadır”.

E.Hüseynov əhalini diqqətli olmağa çağırıb:

 

“İnsanlar dondurmanın  buraxılma tarixinə, istehsalçının adı və ünvanına, məhsulun adına, qida əlavələri daxil olmaqla tərkibinə, xalis kütləsinə, yararlılıq müddəti və saxlanma şərtlərinə və.s kimi keyfiyyətlərinə fikir verməlidirlər. Bir gündə dondurmanı 300 qramdan artıq yemək məsləhət görülmür. Ardıcıl istehlak edilərsə, bədən temperaturu aşağı düşə və insan ölə bilər. İstehlakçılar dondurma seçərkən diqqətli olmalıdır. Yad qidalarla eyni soyuducuda saxlanan dondurma keyfiyyətini pozmaqla yanaşı, üzərində mikroorqanizmlərin artmasına səbəb olur.

 

Digər tərəfdən istehlakçılar malın sertfikatını tələb edə bilərlər. Bu baxımdan alıcılar dondurmanın sertfikatını tələb etsinlər, əgər yoxdursa, demək o dondurma saxtadır, təsadüfidir.  Həmin dondurmalara görə insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər”.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24