Arxiv
21 İyun 2018, 12:35 | HADİSƏ
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: “Bizim vaxtımızda belə hadisələr olmurdu”  

“Bizim dövrümüzdə heç vaxt kütləvi zəhərlənmə olmayıb. Ağlıma gəlmir ki, çalışdığım 40 il ərzində nə vaxtsa pambıqçılıqda kütləvi zəhərlənmə baş versin. Görünür, indiki halda baş verən zəhərlənmədə dərmanların dozasını artıq edirlər”.

Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, bir vaxtların məşhur pambıqçısı, hazırki Prezident təqaüdçüsü Tərlan Musayeva son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə hallarına münasibət bildirərkən deyib.


Tərlan Musayeva bildirib ki, pambıq sahələrində bu cür neqativ halların baş verməsində  sahəyə nəzarət edən aqronomun da, məhsulu becərənin də məsuliyyəti var.


“O vaxtlar pambıq sahələrinə mən də dərman səpmişəm. Amma dərmanı sahəyə səpəndən sonra 24 saat kimsə ora buraxılmırdı. Çünki dərmanın təsiri keçməli idi. Mən sahəyə dərman səpən vaxtlarda yanımda ayran, qatıq məhsulları gəzdirirdim. Su əvəzinə onu içirdik. Kolxozdan hər bir işçi üçün süd məhsulları təşkil edilirdi. Əlehyqazdan istifadə edirdik. Əlcəksiz, xüsusi geyimsiz tarlaya girməzdik. İş geyimlərini geyinməsəydik, bizi tarlaya buraxmazdılar. Görünür, indi bu sahəyə nəzarət olunmur. Kənardan gətirilən adamlar da qaydalara əməl etmirlər. O vaxtlar bu sahəyə ciddi nəzarət vardı. Kolxoz sədri də məsuliyyət daşıyırdı”.



Tanınmış pambıqçının sözlərinə görə, dərmanlardan düzgün istifadə edilmədikdə əks təsir özünü daha çox göstərir.


“Bəlkə də elə işçilərin yanında  dərmanı tarlaya səpirlər. Həmçinin, gətirilən dərmanların dozasından düzgün istifadə etmirlər. Bu cür dərmanlar çox təhlükəlidir. Hətta dərmanların insan orqanizmində 40 il qalma təsiri var. Bizim dövrümüzdə hamilə qadınların pambıq tarlalarında işləməsinə icazə verilmirdi. Çünki bu dərmanların ana bətnində olan uşağı öldürmək riski daha güclüdür”.


Xatırladaq ki, son günlər  Saatlı, Tərtər, İmişli və Yevlaxdakı pambıq tarlalarında kütləvi zəhərlənmə halları baş verib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29 Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO 9 İyul 2020, 15:24 Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək 9 İyul 2020, 15:21 Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ   9 İyul 2020, 15:18 Saxta spirtli içki satışı ilə ölümə səbəb olmuş şəxslər HƏBS EDİLDİ 9 İyul 2020, 15:13