Arxiv
17 İyul 2018, 16:18 | REPORTAJ
Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər QEYDLƏRİ  

Yadigar Cəfərli


Dostlardan birinə deyəndə ki, iyulun əvvəlində varıb Batumi tərəflərə getmək istəyirəm, maraqla belə bir xahiş elədi:
-Gedib gələndən sonra, yol-yolağanı mənə də danışarsan. Bir qohum neçə vaxtdı maşınla oralara getməyi təklif edir. Bilmirəm məsləhətdi, ya yox?!

Batumi səfərini başa vurub Bakıya dönəndən sonra bəzi sürücülük təcrübələrimi onunla bölüşdüm. Amma sonra qərara gəldim ki, səfər qeydlərimi imkan daxilində qələmə alıb başqa dostlarla da paylaşım. Bəlkə istirahət mövsümündə kimlərəsə faydalı oldu. 

Yazacaqlarım maşınla Batumi səfəri mövzusunda müəyyən sual və tərəddüdləri olanlar üçündür. Mənim getdiyim yolları sükan arxasında çoxdan qayıtmışlarsa bütün bunları oxumasalar da olar.

Əvvəl fikirləşirdim ki, “Qırmızı Körpü”yə qədər gedər, maşını orada dayanacaqda qoyub sərhədi keçəndən sonra yola mikroavtobusla davam edərik. Elə bilirdim, maşını etibarnamə ilə sürməyim sərhədi keçməkdə maneə yarada bilər. Amma yola bələd dostlar xatircəm etmişdilər ki, narahat olma, belə bir çətinlik yaşanmayacaq. 

Beləliklə, günortaya yaxın artıq “Qırmızı Körpü”yə çatmaqda idik. Bizdə yanacaq daha ucuz olduğundan sərhədə az qalmış maşına 42 manatlıq benzin vurdum ki, onunla bir xeyli məsafə qət edə bilim. 6 illik əziz dostum - 1.6 mühərrikli "Nissan Sunny" üçün bu, Batumiyə qədər kifayət elədi, hələ bir xeyli artıq da qaldı. Qazaxdan körpüyə qədər bir neçə yerdə irili-xırdalı yanacaqdoldurma məntəqələri var. Hansında əyləməyi özünüz müəyyənləşdirə bilərsiniz. 

Körpüyə yaxınlaşdıq. Növbə gözləyən maşınlar yolun solunda ard-arda düzülmüşdü. Sayları o qədər çox deyildi. Sərhədçilər hissə-hissə içəri buraxırdılar. Yolun sağ tərəfində dayanacaq görünürdü. Maşını orada bir neçə günlük saxlamaq olardı. Amma Batumiyə maşınla getməkdə qərarlı olduğumdan, dayanacağa gərək qalmırdı. Təxminən 15 dəqiqə, bəlkə azacıq çox tıxacdakı kimi aram-aram irəli tərpənərək növbə gözləyəndən sonra əsas yoxlama zonasına daxil olduq. Yoxlama, pasport nəzarəti təsəvvür etdiyimdən sürətlə keçdi. Sərhədçilərimiz də, gömrük məmurlarımız da kifayət qədər mədəni, anlayışlı davranır, bu prosedurlara bir qədər nabələd olduğumdan səbrlə istiqamət verirdilər. 

Gürcüstan tərəfdə də yoxlama proseduru problemsiz ötüşdü. İki məntəqə arasındakı əsas fərq ondan ibarətdir ki, Gürcüstan sərhədində sərnişinlər maşından düşüb yoxlama üçün zaldan keçməlidir. Bizim tərəfdə isə sürücü də, sərnişinlər də maşından düşsələr də, uzaqlaşmadan eyni nəzarət bölməsində yoxlamadan keçə bilir. 

Gürcüstan ərazisinə daxil olan kimi ətrafda “Batumu”, “Kobuleti” deyərək müştəri axtaran azərbaycanlı taksi sürücülərinin səsi eşidilir. Maşınla bir neçə yüz metr gedəndən sonra yolun solunda üzərində “Zorunlu İnsurance” yazılmış balaca bir ofis görürsən. 

Burada bir prosedur daha var. Maşını ən azı 15 günlüyünə sığorta etdirməlisən. Bu, Gürcüstan ərazisində baş verə biləcək mümkün qəza hallarının ziyanlarından sığortalanmaq üçündür. Əgər sığorta etdirməsən və sonra bu, üzə çıxsa, yayın istisində 200 lari (təxminən 140 manat) tərləməli olacaqsan. 15 günlük sığortanın qiyməti bizim pulla 21 manat edir. Ödənişi nağd da etmək olar, mənim kimi Azərbaycan Beynəlxalq Bankının kartı ilə də (ümumən xaricə səfərə kartla çıxmağın çox faydası var. Kart lazım olsa, elə bu linkdəncə sifariş edə bilərsiniz: https://www.ibar.az/az/individual/plastic-cards/). Sığorta sənədləşməsi cəmi 5-6 dəqiqə çəkir. 

Hazır sığorta kağız-kuğazlarını maşına qoyandan sonra işlər tamamdır. Birbaşa Batumiyə doğru yola çıxa bilərsən. Batumiyə yol Tiflisin içindən keçir. Yolu rahat tapmaq üçün telefona internetsiz də işləyən maps.me proqramını yükləmək olar. Amma ən salamat naviqatorlardan biri də, elə dədə-baba qaydasıdır. Necəsini deyim: Rustavi yolu ilə gedib, Tiflisə daxil olandan sonra sadəcə Ana Kürü sağ böyrünüzdə hiss edə-edə irəliləsəniz, sonra isə ortanı tutub heç yerə dönmədən yoxuşa qalxsanız, tərəddüd etdiyiniz haçalanmış yol ayrıcında solu götürsəniz, Batumi yoluna gedib çıxacaqsınız. Arada bir-iki yerdə soruşa da bilərsiniz. 

Balaca bir məsləhət verim ki, əgər Batumiyə Bakıdan gedirsinizsə, yaxşı olar, yorulmamaq üçün yolu iki yerə böləsiniz. Bir gecəni ya Azərbaycanın qərb şəhərlərinin birində, ya da Tiflisdə keçirəsiniz. Ya da yola lap tezdən çıxmaq lazımdır. Çünki yol xeyli uzaqdır. Bakıdan Tiflisə 574 kilometrdir, yəni təxminən 5-6 saat. Bunun üstünə gəlin Tbilisidən Batumiyə qədər olan 375 kilometr məsafəni. Daha 4-5 saatınız da belə getdimi? Üstəlik, Batumiyə gedən yollar Bakı-Qazax yolu qədər düz, geniş və ikitərəfli deyil. Böyük bir hissəsi dağ yollarıdır. Çox mənzərəlidir. Amma dolanbac yerlərdən keçir. Maksimum sürət həddi 90-dır, o da çox az yerlərdə. Yalnız Kutaisi tərəflərdə bir neçə kilometr 110-luq yol var. “Tır”lar, başqa yük maşınları da bu yollarda çoxdur. Ona görə məsləhətdir ki, yavaş-yavaş gedəsən və özünü çox da yormayasan. 
Hara tələsirsiz, bəzi sürücülərin qabaq aynaya yazdıqları məşhur aforizmdə deyildiyi kimi, onsuz da “Ömür bitər yol bitməz”.

Əgər bura qədər maraq doğurdusa, növbəti yazımdan oxuyacaqsınız ki, Batumidə harada qalmaq, haraları gəzmək, yeməyi harada yemək daha yaxşı olar?

Bu şəhərdə qiymətlər necədir? 

Batumidən Trabzona maşınla və ya maşınsız necə rahat gedə bilərsiniz? 

Alış-veriş üçün haralara üz tutsanız, irəli üşərsiniz və s.

(Ardı var)

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12 Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb - RƏSMİ 14 Sentyabr 2019, 13:27 Nizami olmaq 14 Sentyabr 2019, 13:18 İlham Əliyev meksikalı həmkarını təbrik edib 14 Sentyabr 2019, 13:06