Modern.az

Ukrayna ABŞ-la razılıq əldə etdi

Ukrayna ABŞ-la razılıq əldə etdi

Aktual

13 Noyabr 2018, 00:31

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib. Modern.az Ukrayna dövləti başçısının rəsmi saytına istinadla xəbər verir ki, müvafiq razılıq Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko və ABŞ-ın enerji naziri Rik Perri arasında görüş zamanı əldə edilib.

 

P.Poroşenko bildirib ki, Ukraynanın enerji təhlükəsizliyinin təmini üçün bu dialoqun başlanması olduqca vacibdir. Ukrayna Prezidenti nüvə energetikasında bir sıra Ukrayna-ABŞ layihələrinin uğurla həyata keçirildiyini, həmçinin ABŞ kömürünün Ukraynaya tədarükünün önəmini qeyd edib. Diqqətə çatdırıb ki, Ukrayna mövcud neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi üçün ölkəyə müasir ABŞ texnologiyaları və qabaqcıl təcrübələrinin gətirilməsində maraqlıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır