Arxiv
25 Dekabr 2018, 11:59 | MEDİA
KİVDF jurnalist müsabiqələrinin şərtlərini dəyişir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Fondun Müşahidə Şurasının üzvləri, yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər, ölkənin aparıcı mətbuat orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak edib.

Müsabiqə barədə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu ilin noyabr ayının 8-dən dekabr ayının 14-dək davam edən müsabiqəyə 64 KİV-dən 160 yazı daxil olub:

"Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə görə 1-ci yerin qalibi üçün bir nəfər 500, 2-ci yerlər üçün iki nəfər 400, 3-cü yerlər üçün 300 manat məbləğində üç nəfər mükafatlandırılacaq".

V. Səfərli 2019-cu ildən etibarən Fond tərəfindən jurnalistlər üçün keçiriləcək fərdi yazı müsabiqəsinin şərtlərində də dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

 V. Səfərli bildirib ki, növbəti ildən müsabiqədə iştirak edəcək jurnalistlərə yazının çap mediada çap edilməsi ilə bağlı qoyulacaq tələbin aradan qaldırılması nəzərdə tutulur:

"Bu məsələ ilə bağlı bizə müraciətlər vardı ki, onlayn mediada çalışan jurnalistlər müsabiqə üçün hazırladıqları yazıları çap etməyə çətinlik çəkirlər. Ona görə də çox güman ki, biz jurnalistlərə imkan verəcəyik ki, həmin məqalələri öz çalışdıqları onlayn mediada yerləşdirməklə müsabiqədə iştirak etsinlər. Təbii ki, digər şərtlərə əməl etməklə. Bəzən belə hallar olur ki, jurnalistlər faktiki media orqanında çalışmadığı halda, əmək kitabçası təqdim edirlər.

Hansısa media orqanı da buna şərait yaradır".

Bundan əlavə V. Səfərli qeyd edib ki, bundan sonra əmək kitablarının elektron versiyasının tələb edilməsi istisna deyil. V. Səfərli qəzetlərin maliyyələşməsi prosesində dəyişikliklər olacağının gözlənildiyini də bildirib. O, qeyd edib ki, gələn ilin ikinci rübündən bu prosesin həyata keçirilməsi istisna deyil:" Bəzi qəzetlər ancaq agentlik materialları əsasında hazırlanır. Yetəri qədər işçisi yoxdur. Belə məqamlar da nəzərə alınacaq. Bu nəşrlərin cəmiyyətdə tələb və ehtiyac yoxdur".

 V. Səfərli bildirib ki, onlayn medianın maliyyələşməsi diqqət mərkəzindədir. Bu xüsusda müzakirələr aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45