Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılacaq 

Bu yolda hərəkət məhdudlaşdırılacaq 

Ölkə

Bu gün, 22:12

8 oktyabr saat 20:00-dan etibarən Sabunçu rayonunda Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən qeyd olunan hissədə sıxlıq yaranmasın deyə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı