Milli Məclis sədrinin müavini Musa Qasımlı Türkmənistanın Avaza turizm zonasında keçirilən “Demoqrafik proseslər və davamlı inkişaf: müasir dəyişikliklər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış edib.
Modern.az xəbər verir ki, məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışında Musa Qasımlı Azərbaycanın demoqrafik siyasətinin əsas istiqamətlərinə toxunub. O, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahə ilə bağlı imzaladıqları sənədlərin mahiyyətini, onların qarşıya qoyduğu hədəfləri və əldə olunan nəticələri diqqətə çatdırıb.
Məruzədə demoqrafik proseslər faktlar və statistik göstəricilər əsasında təhlil edilib, Azərbaycanın demoqrafik siyasətinin başlıca istiqamətləri və nəticələri müqayisəli şəkildə təqdim olunub.
Konfransda demoqrafik dəyişikliklər, davamlı inkişaf və beynəlxalq təcrübə ilə bağlı məsələlərin müzakirəsi üçün platforma yaradılıb.