Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.
Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq Dünya Bankında çalışıb. O, son 8 il ərzində həmin qurumda xarici əlaqələr üzrə mütəxəssis vəzifəsini icra edib.