Modern.az

“Azərenerji” istehsalı 3,4%, ixracı 14,2 % artırıb

“Azərenerji” istehsalı 3,4%, ixracı 14,2 % artırıb

Aktual

3 Yanvar 2019, 15:59

2017-ci il ilə müqayisədə 2018-ci ildə elektrik enerjisinin illik istehsalı 22,52 milyard kvts və ya 3,4% artıb. Bu barədə Modern.az-a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi 2017-ci il ilə müqayisədə, 2018-ci ildə 175 milyon kilovatsaat  və ya 14,2% artıb:

“İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər nəticəsində “Azərenerji” ASC tərəfindən ciddi irəliləyişlər əldə edilməkdədir”. 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar