Arxiv
22 Noyabr 2011, 10:42 | FOTOSÖHBƏT
Deputat Etibar Hüseynovla fotosöhbət


1968-ci ildə Bakıda anadan olmuşam.

 

 Bakıda doğulmuşam... Amma bakılı balası deyiləm.

 

Atam ziyalı , anam evdar qadın olub. Anam dünyaya 9 uşaq gətirib, hamısı da oglan. Onların dördü dünyaya gəldikdən sonra rəhmətə gedib. Qəribədir ki, dogulduqdan sonra dünyasını dəyişənlər arasında belə qız uşagı olmayıb. Bir anlıga təssəvvür edin - Bakının “Xruşşovka”sında, 4 divar arasında 5 oglan uşağı böyütmək nə deməkdir. Yazıq anam. Yaşa dolduqca qədrini daha dərindən anlayıram.

 

1974-cü ildi. Bir il sonra əkiz qardaşlarım dünyaya gələcək və biz 5 qardaş olacağıq.

 

Atam Texniki peşə məktəbinin direktoru olub. Sovetlər dönəmində bu, indiki Özəl universitet rektoruna bərabər bir vəzifə sayılırdı. Amma atamın bu vəzifəsi mənə kömək olmayıb, əksinə, maneçilik törədib. Həyatımda rastlaşdığım ilk haqsızlıqlarda da bu vəzifənin müəyyən rolu olub.

 

Atam Əli, anam Maral...

 

5-ci sinfə kimi Bakının 247 saylı orta məktəbində oxumuşam.

 

1980-ci ildə atamın iş yerini dəyişməsilə əlaqədar Şəmkir rayonuna köçdük. Burada oxuduğum Lenin adına orta məktəbdə rus dilini nəinki şagirdlərdən, hətta yalan olmasın, müəllimlərimizdən belə yaxşı bilirdim. Və o zamanlar hər il 22 apreldə - yəni Leninin anadan olan günü paytaxt və rayonlarda Rus dili üzrə Olimpiadalar keçirilirdi. Qalibləri o vaxt hamı üçün əfsanə sayılan “Artek” pioner düşərgəsinə göndərirdilər. Mən 2 il ardıcıl olaraq bu bilik yarışmasında 1-ci yer tutsam da, “Artek”ə gedə bilmədim. Səbəb atamın vəzifədə olması idi. O vaxtın yazılmamış qanunlarına görə, qalibin tərcümeyı-halında fəhlə və ya kolxozcu övladı olması qırmızı xəttlə yazılmalıydı.Və bu məsələyə də mərkəz Moskvada xüsusi diqqət yetirilirdi. Ona görə də ağlayaraq atama yalvarırdım ki,”nə olar, 1-2 il işdən çıx, sonra yenidən qayıdarsan”.

 

Bizim zamanın uşaqları başqa cür idi. Hamımız ya kosmonavt olmaq istəyirdik, ya dənizçi, ya da ki, "milisoner".

 

Amma iş bununla da bitmədi. Bu başa bəla vəzifə orta məktəbi bitirəndə də sinəmə “dağ” cəkdi. Qızıl medal almayım deyə attestatıma hərbi təlim və nəğmədən “4” yazıb, könlümü Tərifnamə verməklə aldılar.

 

Son zəng. “Bir müəllim tənbehiydi dərdimiz...”.

 

Bir ildən sonra hərbi xidmətə çağrildım. Amma əvvəlcə “voyenkomat şotu”na 6 aylıq sürücülük kursunu da oxudum. Bu şəkil də o vaxt çəkilib. Kursda 2-3 azərbaycanlı var idi. Qalanı rus, yəhüdi və ermənilər idi. Hətta müəllimimiz də erməni idi. Adı indi də yadımdadır- Stepan Mnasiç.

 

Sürücülük kursunda...

 

Hərbi xidmətimin ilk 6 ayını Moskva şəhərində çəkmişəm. Amma rus dilində sərbəst danışan “ərköyün qarabala” coxlarının xoşuna gəlmədiyinə görə ağıllanmaq üçün uzaq Sibirə - ağ ayıların yanına, “sürgün”ə göndərildi. Bu ilyarim hərbi xidmət deyil, sanki həbsxana, sürgün, katorqa həyatı oldu. Amma onu da ləyaqətlə yaşadım. “Sürgün”də belə bir sira  mükafatlara layiq görüldüm. Ona görə də indi ciblərində mobil telefon , öz vətənində, öz milləti arasında xidmət edə bilməyən bir çoxlarını görəndə təəssüflənir və təəccüblənirəm.

 

Serjant Hüseynov...

 

Hərbi xidmətdən qayıtdıqdan 1 il sonra ailə həyatı qurdum. O vaxtlar toyları videolentə almırdılar. Bu, toyumdan qalan yeganə şəkildir.

 

Subaylığa əlvida...

 

“O mehriban, o əziz...” tələbəlik illərim uzun çəkdi. İnşaat Mühəndisləri İnstitutu, Junalist Sənətkarlığı İnstitutu, daha sonrasa Bakı Dövlət Universiteti. Azərbaycan İnşaat Mühəndislərı İnstitutuna birinci dəfədən daxil oldum. O vaxtlar ən bərkgedən fakültələrdən biri də Mülki-sənaye tikintisi sayılırdı.

Bu şəkli tələbə biletimizi alan gün Filarmoniyanın arxasındakı Vahid bağında çəkdirmişik. Yanımdakı şəmkirli oğlanın adı Suliddin idi. Sonradan cəbhədə şəhid oldu. Allah rəhmət eləsin.

 

Jurnalist fəaliyyətimə o vaxtlar cox populyar olan “7 GÜN” qəzetində başladım. Təxminən 2 il sonra Azərbaycan Televiziyasi məni “3 NÖQTƏ” tok-şousuna aparıcı kimi dəvət elədi. Bununla da qəzetçilikdən telejurnalistikaya adlamış oldum. Sonra “Virtuose”, Rusiya NTV-sinin Bakı bürosu və nəhayət ki, “LİDER”. Buradasa “Həqiqətə dogru”, “ Xüsusi təyinatlı müxbir” və məhşur “Sitatın sonu”

 

Brilyant xanımın “daşa-divarlara sarılan” vaxtlarıydı. “7 GÜN” qəzetinə qonaq gəlmişdi...

97-ci ilin dekabrı. NTV-nin Bakı bürosu...

 

Rəhmətlik şair Nüsrət Kəsəmənlinin yeri yaman görünür. Zəmanəmizin məhəbbət şairi yoxdu.

 

“LİDER” TV-nin 5 illik yubileyidir.

 

Telejurnalist İlham Abdulovla həmkarlarımızdan birinin toyundayıq.

 

Elə anlar olur ki, videokameranın arxasına özün keçməli olursan...

 

İTV-nin əməkdaşları ilə “Kanal D”-nin qonağıyıq.

 

“LİDER”in əməkdaşı kimi bir necə dəfə zəvvarlarımızı müqəddəs Həcc ziyarətində mən müşayiət etmişəm. İndoneziyalı zəvvarlarla birgə...

 

Bu şəkil İraqda çəkilib. Səddam Hüseynin sarayıdır. Keçmiş diktatorla müsahibə almaq istəyimiz baş tutmadı. Əvəzində mühafizə xidmətinin rəhbəri ilə şəkil çəkdirməklə kifayətlənməli olduq.

 

CNN TÜRK-də...

 

2003-cü ilin yayında bir qrup deputatla Kıprısa səfərə getmişdik. Rauf Denktaşla görüşdəyik. Fotodakı yoldaşların bir coxu ilə indi deputat həmkarıyam.

 

2004-cü il. Sankt-Peterburq. Türk musiqisinin imperatorundan müsahibə alıram.

 

Daşkəndə “Gənclər günü”nə dəvət olunmuşduq. Şərqlilərin əllərini sinələrinə qoyaraq salamlaşması cox xoşuma gəlir.

 

Uşaqları çox sevirəm...

 

 

Ağlayan, gözüyaşlı uşaq mənim ən zəif nöqtəmdir. Ona görə də hərdən onların xətrinə hətta Santa Klaus olmağa belə razılıq verirəm.

 

Əcnəbi uşaqlarla...

 

Dostumun oğlunun kiçik toy məclisində kiçik bəylə şəkil çəkdirmək şərəfinə nail olduq.

 

Səyahət etməyi çox xoşlayıram. Bunu mənim hobbim də hesab etmək olar.

 

Qızımla Turkiyədə. Peyğəmbərimiz qızı Fatiməyə “atasının anası” deyərmiş. Bizdə də belədir. Qızım Maral anamın adını daşıyır.

 

İnsan zamanın nəbzini tutmalıdır. Bəlkə elə buna görədir ki, qol saatı nəbzin üzərində dayanır.

 

Xəzərin sahilində...

 

Dostlarla təbiətin qoynunda...

 

Çox ”təvazökar” bir başlıq: “Dağlar qoynunda iki qartal”.

 

 

 

 

 

 

Adrenalinlə zəngin ekstrimi cox sevirəm.

 

 İlk dəfə parlament seçkilərinə 2005-ci ildə qatıldım. Uğur qazana bilməsəm də, bu, mənim ücün kifayat qədər ciddi məşq, sanballı təcrübə oldu. Toplanan təcrübə 2010-cu il  seçkilərində parlaq qələbə qazanmağımda mühüm rol oynadı.

 

Şəmkir. 2005-ci il ilin parlament seçkilərinə az qalıb. Vəkillərimlə növbəti görüşə yollanırıq.

 

Seçkilərə bu şüarla gedib qələbə qazandım...

 

 

Bu da yaşadığm həyatın son mərhələsi. Millət vəkiliyəm. Yəqin ki, indən sonra çəkiləcək fotolarımın əksəriyyəti bu cür standart və boz olacaq.

 

P.S. Mən 20 gün həbsxanada da yatmışam. 88-ci ilin meydan hadisələrinin son günü məni də həbs etdilər. O vaxt 7 gün Şüvəlan, daha sonrasa 10 gün Salyandakı Xələc həbsxanasında dustaq oldum. 91-ci ilin 28 may tarixində isə tələbələrlə BDU-nun qarşısında yurüş keçirmək istəyərkən həbs olundum. Və o vaxtkı Oktyabr, indiki Yasamal polisinin KPZ-sində 3 sutka yatmalı oldum. O vaxt ağlıma da gəlməzdi ki, vaxt gələcək, dustaq olduğum bu rayondan deputat seçiləcəm.

 
Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah Bakıda 38 dərəci isti olacaq 22 Avqust 2019, 12:52 Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - Atakişiyevlər ailəsindən REPORTAJ 22 Avqust 2019, 12:49 İran öz istehsalı olan raket sistemini təqdim etdi 22 Avqust 2019, 12:44 Ermənilər BMT-də Azərbaycana qarşı təxribata əl atdılar - FOTOFAKT 22 Avqust 2019, 12:28 BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı! 22 Avqust 2019, 12:14 Ermənistanda hindistanlı terrorçular saxlanıldı 22 Avqust 2019, 12:10 Rusiya “Fyodor”u kosmosa göndərdi - FOTO 22 Avqust 2019, 12:02 Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38