Ermənistanın radikal millətçi “Daşnaksütyun” partiyası işğal altındakı Dağlıq Qarabağda geniş toplantı keçirəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, partiyanın 3-dan artıq ölkəsindən 100-ə qədər daşnak Qarabağda yeni büro üzvlərini seçəcək.
Yanvarın 16-dan 24-nə qədər davam edəcək toplantıda millətçi partiyanın gələcək perspektivləri də müzakirə olunacaq.
Hazırda Daşnaksütyun partiyasının bürosuna 4-ü Ermənistandan, 2-si Livandan, 2-si ABŞ-dan və hərəyə 1 nəfər İran, Fransa və Kanadadan üzv var.