Arxiv
8 Fervral 2019, 08:55 | DİASPOR
Aktauda yaşayan azərbaycanlı iş adamı - Xeyirxahlığını boynuna almır - FOTOLAR

Xeyirxah əməlləri çoxdur. Yataq xəstələrinə, cərrahi əməliyyat olunan insanlara, imkansızlara, kimsəsizlərə əl uzadıb, yardım edib. Amma soruşanda heç birini boynuna almır, bütün bunların Allahla özü arasında sirr olduğunu ifadə edir…

Deyir ki,- "Qazandığım uğurlara görə üç nəfərə borcluyam - mükəmməl savad verdiyi üçün orta məktəb müəllimim Həmdulla Behbudova, mənə bacarıqlı, əzmkar olmağı öyrətdiyinə görə İlham Əhədova, idarəetmənin yollarını başa salıb öyrətdiyi üçün hərbi xidmət komandirim mərhum mayor Eminova"…

…Haqqında söhbət açdığım Zamin Səfərov 1979-cu ildə Yardımlı rayonunun Vərgədüz kəndində dünyaya gəlib. 1986-1996-cı illərdə Yardımlı qəsəbə 2 nömrəli məktəbdə orta təhsil alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. 2001-ci ildə orada bakalavr, 2003-cü ildə magistr dərəcələrinə yiyələnib. Bir il əsgərlikdə olduqdan sonra, 2004-2006-cı illərdə rabitə sahəsində çalışıb. 2006-cı ildən Qazaxstanın Aktau şəhərində yaşayır. 2009-cu ildən "Kaz Fruit Company" beynəlxalq şirkətinə baş direktor təyin olunub. Bu günədək həmin vəzifədə çalışır…

…Aktau Qazaxıstanın qərbində, Xəzər dənizi sahilindəki Manqışlaq yarımadasında yerləşən Manqıstau vilayətinin baş şəhəridir. Şəhərin 250 minə yaxın əhalisi var. Zamin Səfərovun rəhbərlik etdiyi şirkət dünyanın bir sıra ölkələrindən- Avropa, Asiya, Afrika, Cənubi Amerikadan meyvə-tərəvəz gətirərək bu şəhərdə satışını təşkil edir. Şirkətin 30-a yaxın mağaza şəbəkəsi, Loqistik mərkəzi, beynəlxalq yük daşınması üçün avto parkı var. Burda 200-ə yaxın insan çalışır ki, onun da 100-ə yaxını Azərbaycan vətəndaşıdır, müvəqqəti qeydiyyatla burada işləyir. Necə deyərlər, 100 azərbaycanlı ailəsinin ruzusunu Allah onun əliylə çatdırır. "Kaz Fruit Company" ölkəmizin bir sıra bölgələrindən də kənd təsərüffatı malları idxal edir. Quba, Şəmkir, Lənkəran bu rayonların sırasındadır…

…Atası Cəfər Səfərov uzun illərdir ki, Yardımlı rayon poçtunda iqtisadçı vəzifəsində çalışır. Oğlunun uğurlarında onun da xidmətləri az deyil. Axı yüksək tərbiyyə bütün uğurların açarıdır. Zamin bəyin iki qızı, iki oğlu var, böyüyü 12, ən kiçiyi isə 4 yaşındadır…

"Azərbaycan Etnomədəniyyəti Dostluq Cəmiyyəti"nin sədr müavinidir. Bu cəmiyyət milli və rəsmi bayramlarımızda xeyli tədbirlər həyata keçirib. Bir sıra xeyriyyə işlərinə imza atıb. Manqıstau vilayətində yaxşı tanınır, rəsmilər bu təşkilatın rəhbərliyindən çox razıdırlar. Ona görə də, onun fəaliyyətini dəfələrlə diplom və medallara layiq görüblər…

…Köhnə, lap köhnə kişilərə xas olan ənənəylə yaşayır. Allaha ibadətindən, ağayana davranışından, mərhəmətindən, insanpərvərliyindən geri qalmır…

Deyir ki,- "Mən azərbaycanlıyam. Nə qədər gücüm, imkanım yetirsə, bu xalqın yolunda əlimdən gələni əsirgəməyəcəm. Arzu edirəm ki, ən ağır dərdimiz- Qarabağ problemi tezliklə həll olunsun. Xalqımız daim xoşbəxt yaşasın!".


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25