Arxiv
13 Fervral 2019, 10:24 | İQTİSADİYYAT
Azərbaycanda 1 milyard 585 milyonluq PROBLEM…

“Vətəndaşların prioritet hesab etdiyi sosial məsələlərdən biri də bank kreditləri üzrə ödənişlərə güzəştin tətbiq olunmasıdır. Bu problemin həlli ilə bağlı 2015-ci ildə hazırladığımız təklifləri hökumətə təqdim etməyimizə baxmayaraq təəssüf ki, hələ də güzəşt mexanizmı tətbiq edilməyib”.

 

Bu barədə Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

 

Ekspertin sözlərinə görə, hazırda banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır:

 

“Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12 faizdən çoxdur. Monitorinqlər göstərir ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir. Təhlillərə görə isə, xarici valyuta da olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur. Bu isə 2015-ci ildə manatın xarici valyutalara qarşı dəyərsizləşməsi ilə bağlıdır. Nəticədə, bu dollarda olan kreditlərin manat ifadəsində bahalaşmasına və aylıq ödəniş məbləğlərinin, yumşaq desək, şişməsinə səbəb oldu. Əksər kredit götürənlərin gəlirləri milli valyuta ilə olduğundan kredit ödənişlərində əksər hallarda obyektiv səbəblərdən yubanmalar müşahidə olunmağa başladı”.

 

V.Bayramov qeyd edib ki, problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına ehtiyac var:

 

“Qeyd edək ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 450 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub.

 

O baxımdan, Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac var. Bu zaman dövlət problemli kreditləri alıb qiymətli kağız formasında bazara çıxarır və kreditlərə güzəştlər tətbiq olunur. Xatırladım ki, oxşar praktika Rusiyada da tətbiq olunub. Nəticədə, dövlət milli valyuta ucuzlaşandan sonra xarici kreditlər üzrə yaranan fərqi ödəyir və müştəri güzəştli müddət ilə kredit müqaviləsi rəsmilləşən günün məzənnəsi ilə ödənişlər edir. Başqa ölkələrin təcrübəsi göstərir ki, bu digər krediti olanlarda arxayınçılıq yaratmır.

Əksinə, problemli kreditlərinin həcminin minimumlaşdırılmasına, bankların sağlamlaşdırılmasına və ən vacibi əhalinin banklar qarşısındakı öhdəliyinin azalmasına və deməli sosial təminatının güclənməsinə səbəb olur. Qiymətləndirmələr göstərir ki, bu proqramın reallaşması üçün tələb edilən məbləğ 1 milyard manatdır. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin əvvəlki ilə müqayisədə 17 faizdən çox proqnozlaşdırıldığını nəzərə alsaq sözügedən proqramın maliyyələşdirilməsi dövlət üçün ciddi maliyyə öhdəliyi yaratmayacaq.

 

Bunun müqabilində isə, son illər ən çox müzakirə edilən məsələlərdən birinin çözülməsinə nail olunacaq. Bu proqramın daha detal olaraq hazırlanması və tətbiqi üçün isə uyğun hökumət qurumlarının nümayəndələri, xarici və yerli ekspertlərdən ibarət işçı qrupunun formalaşdırılması daha məqsədə uyğun olardı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00