Arxiv
2 mart 2019, 11:05 | AKTUAL
Azərbaycan çaylarında su ehtiyatları azala bilər - XƏBƏRDARLIQ

İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su ehtiyatının azalması müşahidə edilə bilər.

 

Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

 

Onun sözlərinə görə, iqlim dəyişmələrinin həssas ərazilərə təsiri böyükdür. Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır:

 

“Su ehtiyatlarının azalmasına iqlim dəyişmələrinin də təsiri var. Gələcəkdə bu amil eləcə də çaylara öz təsirini göstərə bilər. İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək. Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük.

Amma ölkəmiz bu sahədə strategiyalar, milli proqramlar qəbul edib, adaptasiya tədbirləri müəyyənləşdirib. İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə, insanlara təsirinin azaldılması üzrə tədbirlər müəyyənləşdirilib. İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikirik. Taxtakörpü Su Anbarı, Tovuz Su Anbarı, Şəmkirçay Su Anbarı bu günün iqlim dəyişmələrindən yarananan fəsadlara yönəlib”.

 

M.Əbdülhəsənov qeyd edib ki, gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, yaşıl texnologiyalardan, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə, lazım gəldikdə təkrar istifadə edilməlidir: "Tullantı sularını təmizləyib dənizə atırıq. Amma niyə atırıq?! Biz ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər”.

 

Nazirlik rəsmisi əlavə edib ki, bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir. Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür ki, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda, su kanallarında itir.

 

Onun sözlərinə görə, Azərbaycanda suyun 30 faizi daxili çaylar hesabına formalaşır, suyun 70 faizi kənardan çirklənmiş halda ölkəmizə daxil olur.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 Azərbaycan meşə yanğınına görə 50 min ABŞ dolları ayırdı 20 Fevral 2020, 21:29 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - FOTOLAR 20 Fevral 2020, 20:49 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19