Arxiv
4 mart 2019, 21:12 | MEDİA
Mətbuat Şurası: ““Təzadlar”ın “qara siyahı”ya salınması vətəndaşların şikayəti ilə bağlıdır”

Martın 1-də Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə və  Apellyasiya Komissiyalarının birgə iclası keçirilib. İclasda "Təzadlar" qəzetinin adı yenidən Şuranın "qara siyahı"sına daxil edilməsi ilə bağlı qərar qəbul edilib.

 

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili iddia edir ki, onun qəzetinin yenidən qara siyahıya salınmasının əsas səbəbkarı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorudur.

 

Modern.az məsələyə aydınlıq gətirmək üçün Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə əlaqə saxlayıb.

 

V.Rəhimzadə bildirib ki, “Təzadlar” qəzeti ilə bağlı Mətbuat Şurasına UNEC-in rektoru tərəfindən heç bir müraciət daxil olmayıb:

 

“Mətbuat Şurasına “Təzadlar” qəzeti ilə bağlı millət vəkil Bəxtiyar Əliyevin bir neçə seçicisi və başqa vətəndaşlar tərəfindən şikayət göndərilib. Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurası da bu qəzetdən şikayət edib. Ümumiyyətlə, son günlər “Təzadlar”dan Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub. Biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə xəbərdarlıq etdik ki, şikayətlər var, bu tipli yazıların çapı araşdırılana qədər dayandırılsın. Çünki bir mətbu orqan 1 nəfər barədə davamlı olaraq 20 yazı dərc edirsə, burada mütləq qərəz var. Şikayətlər komissiyasının iclasından sonra yenə bu proses davam elədi. Sonradan Şikayətlər Komissiyası məsələni "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasına və Apellasiya Komissiyasına yönəltdi. Bizdə belə bir qayda var, əgər dəlilli şikayət daxil olarsa, yenidən həmin mətbu orqan "qara siyahı"ya salınır. Mart ayının 1-də hər iki komissiyanın birgə iclası keçirildi. Məlum oldu ki, Şikayətlər Komissiyasının xəbərdarlıq etməsinə baxmayaraq, “Təzadlar” qəzetində qərəzli yazılar mütəmadi şəkildə dərc edilib. Beləliklə, qərara aldıq ki, burada məqsəd var, qərəz var. Ona görədə biz o qəzeti "Qara siyahı"ya saldıq”.

 

Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli isə bildirib ki, qurumun Nizamnaməsinə əsasən, bir qəzetin adı "qara siyahı"ya salınırsa və 1 il müddətində fəaliyyətində dönüş yaranırsa, həmin mətbu qurum bu siyahıdan çıxarılır:

 

“Nizamnaməyə əsasən "qara siyahı"dan çıxarılmış KİV qurumu yenidən əsaslı bir şikayət doğuran səhvə yol verərsə, ondan yenə şikayət olunarsa, müzakirə keçirilmədən onun adı yenidən "qara siyahı"ya salınır.

 

Asif Mərzilinin qəzetinə gəlincə 2018-ci ilin sonuncu rübü ərzində bu qəzetdən Mətbuat Şurasına bir neçə ünvandan çoxsaylı şikayətlər olundu. Şikayətlər Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurası, millət vəkili Bəxtiyar Əliyevin seçiciləri və digər 6-7 qurumdan olmuşdur.

 

Materialların  çoxluğunu nəzərə alaraq biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə müraciət etdik. Xahiş etdik ki, bu cür yazılara bir müddət ara versin, biz araşdırma aparaq. O, bizimlə razılaşdı və bildirdi ki, araşdırma aparılsın. Razılaşmanın səhəri günü Asif müəllim yenidən həmin materilalları öz qəzetində dərc etdi. Onun bu hərəkətindən belə qənaətə gəlmək olar ki, burda xüsusi bir maraq var. Əgər maraq yoxdursa, o razılaşmaya əməl etməli idi. O bizi 1 həftə ərzində gözləməli idi ki, biz şikayətləri araşdıraq. Ona görə də biz qərara gəldik ki, məsələni "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasına yönləndirək. Onlar daha geniş araşdırsınlar. Bu arada da materiallar yenə səngimədi və davamlı xarakter daşıdı. Belə olan halda apellasiya qrupunun ixtiyarı var ki, onu avtomatik olaraq yenidən "qara siyahı"ya daxil etsin”.

 

Mail Ağaxanov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş redaktor özünə ikinci dəfə toy etdi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məölub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47